Kainat.tv xəbər verir ki, 29 dekabr 2024-cü il tarixdə Respublika Fənn Olimpiadalarının rayon turu keçirilmişdir.

Yardımlı rayonu, Ərus kənd A.B.Nəcəfov adına tam orta məktəbin XI sinif şagirdləri - İzzət Qasımzadə, Elcan Məmmədov, X sinif şagirdi Nərmin Şərbətova Respublika Fənn Olimpiadalarının rayon turunda yüksək nəticə əldə edərək yarımfinal turuna vəsiqə qazanmışlar. Hər üç şagirdə növbəti mərhələdə uğurlar arzulayır, onların yüksək səviyyədə bilik və bacarıqlara yiyələnməsində əməyi olan müəllimləri - Kamran Mirzəyev və Elçin Talıbova təşəkkür edirik.

Uğurlarınız davamlı olsun!