"Şamil Hüseynov, Arzuman Quliyev və Abşeron küçələrində gələn cari ildə abadlıq işləri görüləcək".
Kainat.tv xəbər verir ki,bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Masazır kənd bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, Şamil Hüseynov, Arzuman Quliyev və Abşeron küçələrinin də abadlaşdırılması qurumun cari il üçün Tədbirlər Planına daxil edilib:
"Son 4 il ərzində Masazır kəndində əsasən vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın adlarını daşıyan, o cümlədən onların ailə üzvlərinin yaşadığı küçələrdə abadlıq işləri aparılaraq asfaltlanıb. Bu işlər çərçivəsində təkcə ötən il ərzində kəndin 17 daxili küçəsində abadlıq işləri aparılıb. Kənddə yeni salınan daxili küçələrin abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi kimi məsələlər daimi olaraq yerli bələdiyyənin nəzarətində saxlanılır. Yerli özünüidarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni salınan küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilməkdədir. Buna baxmayaraq, o cümlədən Şamil Hüseynov, Arzuman Quliyev və Abşeron küçələrinin də abadlaşdırılması qurumun cari il üçün Tədbirlər Planına daxil edilib və il ərzində bu işlərin həyata keçirilməsi nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 7-də Masazır kənd sakinləri redaksiyaya şikayət ünvanlayaraq Şamil Hüseynov, Arzuman Quliyev küçələrinin, 6 nömrəli tam orta məktəbə gedən yolun pis vəziyyətdə olduğunu bildiriblər.
Masazırda küçələrdə abadlıq işlərinə nə vaxt başlanacaq? - RƏSMİ AÇIQLAMA
09
yanvar
21:41
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Bakıda yeni salınan parkda yaradılan şəraitlə TANIŞ OLUB
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
"Kanalizasiya İŞLƏMİR, küçəni SU BASIB" - Masazır sakinləri ÇIXILMAZ DURUMDA - NARAZILIQ / YENİLƏNİB
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Masazır sakinlərinin YOL PROBLEMİ: "Kanalizasiya suları asfalt örtüyünü də YUYUB"
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI