“Ermənistanın birinci prezidenti (Levon Ter-Petrosyan – red) Baş nazir Nikol Paşinyana Qarabağla bağlı 30 illik danışıqlar paketinin ictimaiyyətə açıqlanmasını təklif edib. Paşinyan da Xarici İşlər Nazirliyinə tapşırıb ki, sənədlərin hamısı gözdən keçirilsin. Əgər dövlət təhlükəsizliyi və maraqlarına uyğun olarsa, Ermənistan xalqına təqdim olunması müzakirə ediləcək. Lakin Qərb bunu istəmir, prosesin detallarının məxfi qalmasına çalışır”.
Kainat.tv bildirir ki, Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Mkrtçyan deyib.
O, Qərbin hələ də Qarabağla bağlı maraqlarının olduğunu, bu səbəbdən danışıqlardakı bəzi məqamların açılmasını istəmədiyini bildirib:
“Qarabağ məsələsi onlar üçün azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə kimi regional, beynəlxalq və geosiyasi əhəmiyyət kəsb edirdi. ATƏT-in Minsk Qrupu da yəqin ki, danışıqların məxfilikdən çıxarılmasının əleyhinə olacaq. Çünki prosesə hakim olan istənilən şəxs bilir ki, beynəlxalq aləmdə müzakirə olunan əsas mövzu Qarabağa hansı ölkənin sülhməramlılarının yerləşdirilməsi idi. Moskva rus qoşunlarının əraziyə daxil olmasını, Qərb isə beynəlxalq mandat almış sülhməramlıların yerləşməsini istəyirdi. Ehtimal ki, bu mövzuda çox müzakirələr aparılıb və protokollar tərtib edilib”.
T.Mkrtçyan qeyd edib ki, İrəvan 1995-ci ildə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi ilə bağlı müqavilə imzalamaqla böyük səhv etdi:
“Çünki məhz bu amil “artsax”ın beynəlxalq aləmdə tanınmasına 30 il mənfi təsir etdi. Əgər Ermənistan hakimiyyəti bu səhvə yol verməsəydi, beynəlxalq ictimaiyyət “artsax”ı da Kosova kimi 2008-ci ildən daha tez tanıyardı. Amma Qərb qorxurdu ki, müstəqilliyi tanıdıqdan sonra Rusiya oraya öz ordusunu yerləşdirə bilər. Məsələ ilə bağlı qeydlər var, ona görə də XİN bunları dərc etməyəcək”.
Paşinyandan TAPŞIRIQ: Qərb NARAHATDIR, Qarabağla bağlı 30 illik SİRR AÇILA BİLƏR
08
yanvar
19:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ATƏT böhran içində, MQ isə “YAŞAYIR” - Ermənistanın sonuncu “SAMAN ÇÖPÜ”
Ermənistanın siyasəti İFLASA UĞRADILDIı: Keçmiş prezidentlər özlərini necə İFŞA ETDİLƏR?
Hələb ermənisindən ŞOK ETİRAFLAR – “Qarabağı boruya dəyişməyən”lərin HƏZİN SONLUĞU
Petrosyan işğaldan dərhal sonra Ağdamda NƏLƏR DEYİB? – 32 il sonra ŞOK VİDEO yayıldı
Moskvadan Bakı və İrəvana “SÜRPRİZ” TƏKLİF
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI