Suriyadan çəkilən Rusiyanın yeni Türkiyə siyasəti də aydınlaşır.
Kainat.tv xəbər verir ki, Kremldəki mənbələrə görə, Moskva Qara dənizin təhlükəsizliyi üçün ümumi iş zəmininin yaradılmasına üstünlük verəcək. Rusiyanın ikinci Donald Tramp dövründə Ukrayna ilə sülh danışıqları üçün Türkiyədən vasitəçi olmasını tələb edəcəyi də pərdə arxasından sızan məlumatlar arasındadır.
Bəşər Əsədin devrilməsi ilə Rusiya və İran regionda uduzan tərəf oldu. “ The Moscow Times” qəzetinin Kremldəki mənbələri bildirib ki, Türkiyə Suriyada qalib gələn aktyordur. Donald Tramp bildirib ki, o, ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra Ukrayna ilə sülh danışıqları üçün Türkiyənin vasitəçiliyini tələb etməyi düşünür.
Rusiyanın Suriyanın şimalında kürd əhalisinin sıx məskunlaşdığı bazalarını geri çəkməsi onu göstərir ki, terror təşkilatı PKK/YPG-nin ABŞ-dan başqa sığınacaq yeri yoxdur. Rusiyanın Suriyadakı müvəqqəti hökumətlə şəxsi heyətini və döyüş gəmilərini iki böyük hərbi bazasına və hərbi-dəniz bazalarına geri qaytarmaq üçün danışıqları davam etdirdiyi də pərdə arxasında əks olunan məlumatlar arasındadır.
Həmçinin Kremlin danışıqların kəsilməməsi üçün HTŞ üçün “terrorçu” deyil, “silahlı Suriya müxalifəti” ifadəsini işlətmələri barədə ölkədəki mətbuat orqanlarını məlumatlandırdığı da iddia edilir.
Moskva mənbələrinin məlumatına görə, Türkiyə Suriyada mübarizədə Rusiyadan üstün olub və Moskvanın bölgədəki bütün addımları üçün indi Ankaraya güzəştə getməli olduğu fikri hakimdir. Rusiya son vaxtlara qədər ölkədə ancaq İran, “Hizbullah” və Əsəd administrasiyası ilə birgə hərəkət edirdisə, hazırda HTŞ-dən başqa strategiya qura biləcəyi yalnız Türkiyənin olduğu bildirilir. Mediada əksini tapmasa belə, Kremldə “Türkiyəyə qarşı geosiyasi təzyiq elementinin tamamilə itirildiyi” qəbul edilir. Mənbələr Ankaranın YPG-yə dəstəyini davam etdirən Qərbə güvənmədiyini də göstərir, onun Rusiya ilə ortaq strategiyalar müəyyən etməyə hazır olduğunu da deyirlər.
Ekspertlərin fikrincə, Moskvanın Ermənistan və Orta Asiyada böyük güc itirməsi nəticəsində Türkiyənin Rusiya ilə diplomatik münasibətlərdə
gözləntiləri artıb. Kremlin proqnozlarına görə, Türkiyənin Rusiya ilə təbii qaz müqavilələrinin qiymətlərində ilk olaraq hazırkı üstünlüyünü ortaya qoyması gözlənilir. Suriyada məğlub olan Rusiyanın fikrincə, iki ölkə arasında münasibətlər yenidən “Qara dəniz təhlükəsizliyi” prioriteti ətrafında formalaşacaq. Türkiyənin Rusiyaya meydan oxumaq üçün addım atacağını gözləməyən ekspertlərin fikrincə, Ankara Moskva ilə Qərb arasında vasitəçi rolunu yenidən gücləndirəcək. Rusiya həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Ukrayna ilə sülh danışıqlarında Türkiyədən vasitəçi olmasını istəməyi planlaşdırır. //Publika.az
Ankaraya möhtac qalan MOSKVA: Kremlin yeni Türkiyə strategiyası BƏLLİ OLDU
03
yanvar
20:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Putin devrilmiş Əsədi Rusiyaya niyə “YÜKLƏDİ”: ABŞ və Qərb Suriyanı BÖLÜŞDÜRMƏK İSTƏYİR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Yaxın Şərqdə Türkiyə-Azərbaycan MÜTTƏFİQLİYİ - Rusiya ÇƏTİN DURUMDA
Türkiyə-ABŞ QARŞIDURMASI: Ərdoğan, terrorçuları dəstəkləyən Baydenə SAVAŞ AÇIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI