Amerikanın hazırkı lideri Co Bayden komandası ilə birlikdə İranın nüvə obyektlərinə zərbə endirmək niyyətindən danışıb,
Kainat.tv xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə potensial hücum variantlarını təqdim edib.
“Sallivan prezident Baydenə iiranlıların 20 yanvar tarixinə qədər nüvə silahı yaratmaq üçün addımlar atacağı təqdirdə, ABŞ-ın İranın nüvə obyektlərinə potensial hücum variantlarını təqdim edib. Bu, indiyədək gizli qalan görüşdə baş verib.
Bayden bu məsələ ilə bağlı heç bir yekun qərar verməyib. Müzakirənin məqsədi mümkün ssenarilər üzərində işləmək olub”, - nəşr yazır.
Baydenin bir sıra köməkçiləri, o cümlədən Sallivan hesab edir ki, İranın hava hücumundan müdafiə və raket imkanlarının aşağı salınması uğurlu zərbə şansını artıracaq, həmçinin Tehranın cavab reaksiyası riskini, eləcə də regionda eskalasiyanı azaldacaq.
Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken bildirmişdi ki, son iyirmi ildə Vaşinqton İranda rejimi dəyişdirmək üçün bir sıra eksperimentlər keçirib, lakin bu cəhdlər uğurlu olmayıb. //Publika.az
İranın nüvə obyektləri VURULACAQ? - Plan Baydenə təqdim edildi, yanvarın 20-nə kimi...
03
yanvar
15:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İranı kim vuracaq: Bayden yoxsa Tramp: NÜVƏ OBYEKTLƏRİNİN BOMBALANACAQ?
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI