“Qazprom” və “Naftaqaz” arasında Rusiya qazının Ukraynadan keçməklə Aİ-yə tranzitinə dair müqavilənin başa çatma müddətinin yaxınlaşması fonunda Avropa ölkələri alış imkanlarını qorumaq üçün yollar axtarmağa davam edir.
Kainat.tv xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Slovakiyanın "Slovensky Plynarensky Priemysel" (SPP) şirkəti Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə danışıqlar aparır.
Ehtimal olunur ki, Azərbaycan şirkəti lazımi həcmdə qazı “Qazprom”dan alıb, sonra avropalı alıcılara çatdıra bilər.
"Macarıstanın baş naziri Viktor Orban da öz növbəsində Rusiya ilə Ukrayna arasındakı fiziki sərhədi Rusiya qazı üçün satış nöqtəsi etməyi təklif edib ki, bu da qazın mülkiyyət hüququnu avropalı alıcılara ötürəcək və Ukrayna ilə azad ticarət razılaşmasına uyğun olaraq tranzitlə təmin etməyə məcbur edəcək", - mənbələr bildiriblər.
Bundan əvvəl SPP və onun qaz şəbəkəsi operatoru "Eustream AS", eləcə də Macarıstanın "MOL Hungarian Oil and Gas Plc.", Avstriya və İtaliyadan olan ticarət birlikləri və iri sənaye istehlakçıları Ukrayna prezidenti Vladimir Zelenskini tədarükün hazırkı vaxtda Ukrayna ərazisindən davam etdirilməsinə icazə verməyə çağırıblar.
Ukrayna Rusiya qazının istənilən formada öz ərazisi ilə nəqlinə qarşıdır. Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisindən qaz nəqlinə nəzarətin Avropa şirkətlərinə verilməsi imkanını şərh edərkən bildirib ki, “Qazprom”un 2049-cu ilə qədər uzunmüddətli müqavilələri var. Və tranzitlə bağlı vəziyyəti dəyişmək üçün bu müqavilələr açılmalıdır. Bu, çox mürəkkəb prosedurdur”, - Putin əlavə edib.
Eyni zamanda, o, Ukrayna ərazisindən qaz tranziti üzrə müqavilənin müddətinin bitməsinə “üç-dörd gün” qalmış uzadılması imkanını istisna edib. //Publika.az
Avropanın xilası üçün YOL AXTARILIR: Slovakiya Azərbaycanla DANIŞIQLAR APARIR
31
dekabr
17:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Slovakiya arasında QAZ SAZİŞİnin müddəti uzadıla bilər
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI