“Ukraynada münaqişənin qaynar mərhələsi dekabrın 30-da başa çatacaq”.
Kainat.tv xəbər verir ki, belə sensasiyalı iddia ilə tanınmış ukraynalı jurnalist Dmitri Qordon çıxış edib.
"Strana.ua" Dmitri Qordondan belə sitat gətirir: “Bu gün 29 dekabr 2024-cü ildir. Bir daha deyirəm, müharibənin qaynar mərhələsi bu il başa çatacaq. Mənə deyəcəklər, “sən dəlisən?” Əslində ilin sonuna iki gün qalıb. Yox, dostlar, mən dəli deyiləm. Məndə məlumat var, indi bu məlumatı sizinlə paylaşacam...”
Qordon qeyd edib ki, son günlər Ukraynada hava hücumları, raket və dron hücumlarının sayı azalıb. Onun sözlərinə görə, bu, “tarixi görüş” ərəfəsində ABŞ-nin iddia edilən tələbi ilə bağlıdır.
Jurnalist sözügedən “tarixi görüşün” məhz dekabrın 30-da keçirilməli olduğunu iddia edir.
Qordon hesab edir ki, Moskva Vaşinqtonla müəyyən razılaşmalar əldə edib və Ukrayna münaqişəsinin gələcək taleyinin həll olunacağı tarixi görüş elan edib. “Çünki diqqət, sabah, 2024-cü il dekabrın 30-da hər şey yaxşı getsə və hər şey yaxşı gedəcək, müharibənin qaynar mərhələsinə son qoyacaq tarixi görüş baş tutmalıdır. Gözləməyə çox vaxt yoxdur. Sabah, dekabrın 30-da”, - Qordon vurğulayıb.
Nəşr öz növbəsində bu proqnozun düzgünlüyünü 24 saat ərzində yoxlamağın mümkün olacağını qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün danışıqlara hazırdır, lakin danışıqlar böhranın köklü səbəblərini aradan qaldırmağa yönəlməlidir. //“AzPolitika”
“SABAH TARİXİ GÖRÜŞ OLACAQ VƏ MÜHARİBƏ BİTƏCƏK” – Ukraynalı jurnalist sensasiyalı iddialarla ÇIXIŞ EDİB
30
dekabr
12:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI