Rusiyanın "Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.
Kainat.tv "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, "Azimut" Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda dövlət başçısı dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Bir neçə xarici aviaşirkət də baş vermiş qəzanın araşdırılması fonunda Rusiyaya uçuşlarını dayandırıb. Bunların arasında Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin “El Al” (Təl-Əvivdən Moskvaya), Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” (Dubaydan Soçi və Mineralnıye Vodıya) şirkətləri var.
Rusiya aviaşirkəti Azərbaycana uçuşları LƏĞV EDİLİB
28
dekabr
14:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bayden təyyarə qəzasını ÖYRƏNDİ – Dərhal TAPŞIRIQ VERDİ
Təyyarənin vurulduğu iddialarını artıran ŞOK GÖRÜNTÜ ÜZƏ ÇIXDI - Bunu da sərnişin çəkib + VİDEO
Rusiya Azərbaycana təzminat verməlidir - Məbləğ MƏLUM OLDU
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI