"Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına qəzanın kriminalistik ekspertizasında iştirak etməyə icazə verilməyəcək.
Kainat.tv İnform.kz-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.
O əlavə edib ki, lakin onlara təyyarə qəzasını araşdırmağa icazə veriləcək.
"Qadağaya gəlincə - bu gün Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim istintaq-əməliyyat qrupumuza daxil deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu, polisi və prokurorluğu həyata keçirir. Onların təşəbbüs göstərib-götürmədiyini deyə bilmərəm, amma Qazaxıstana gəliblər və harada imkan varsa, biz onların iştirakına, yoxlamalarına icazə veririk. Əgər qanunvericilik ziddiyyət təşkil etmirsə, icazə veririk”, - Manqistau vilayətinin nəqliyyat prokuroru Abylaibek Ordabayev brifinqdə vurğulayıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Rusiya və Azərbaycan aviaqəzanın kriminalistik ekspertizasına BURAXILMAYACAQ
26
dekabr
23:42
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Medvedyevdən QORXUNC ANONS: “Başqa qonşu ölkələrə də girə bilərik…”
Bu qüvvələr Azərbaycana qarşı “HÜCUM”A KEÇDİ: planlarının arxasında NƏ DAYANIR?
İranın "BOZ KARDİNAL"ından OLAY kimi sözlər
Abxaziyada GƏRGİNLİK -separatçı bölgədə nələr BAŞ VERİR...
Qərbin Ermənistan İKİÜZLÜLÜYÜ - Səfirliklər baş verənlərə NİYƏ SUSURLAR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI