Dekabrın 14-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 14-cü dəfə Azərbaycanın “ən yaxşı məşqçi”si mükafatını aldı. Son 15 ildə 14-cü dəfə.
Kainat.tv xəbər verir ki, Qurban Qurbanov üçün böyük uğurdur, unikal nailiyyətdir, fantastik nəticədir.
Azərbaycan futbolu üçün biabırçılıqdır, rəzalətdir. Bu o deməkdir ki, Azərbaycan futbolu bir şəxsdən və bir komandadan ibarətdir. Bu o deməkdir ki, Qurban Qurbanov yoxdursa, “Qarabağ” da yoxdur, “Qarabağ” yoxdursa, Azərbaycanda futbol da yoxdur.
Qurbanov mükafatını aldıqdan sonra çox dəhşətli faktlar açıqladı. Bizi gələcəkdə gözləyən böyük biabırçılığın, rəzalətin anonsunu verdi.
Qurbanov dedi ki, Bakıda “Sabah”la keçirdiyimiz qarşılaşmada xalis oyun vaxtı 45 dəqiqə olub. İsveçdə “Elfsborq”la oyunda isə xalis oyun vaxtı 59 dəqiqə sürüb. Böyük fərqdir, çox böyük. Bu, Azərbaycan çempionatı ilə Avropa futbolu arasındakı dərin uçurumun göstəricisidir.
Hələ belə dəhşətli fərq “Elfsborq”la oyunda yaranıb, yəqin ki, məsələn, “Tottenhem”lə qarşılaşmada daha böyük olar fərq.
Qurban Qurbanov onu da dedi ki, hər il Avropa klubları ilə Azərbaycan komandaları arasındakı peşəkar fərqin artdığını müşahidə edirəm. Dedi ki, sürətlə artır bu fərq.
2-3 ildən sonra belə zəif, rəqabətsiz çempionatda “Qarabağ” kimi komandanı sağ saxlamaq mümkün olmayacaq. Bu çempionatdan çıxıb sürətlə inkişaf edən Avropa klubları ilə mübarizə aparmaq mümkünsüz olacaq.
Eşidirsiniz, “Qarabağ”dan Avropa Liqasının qrupundan çıxmağı tələb edən utopiklər, çempionatınızın reallığı budur.
Eşidirsiniz, futbol təsərrüfatına rəhbərlik edənlər, eşidirsiniz, daş adamlar, eşidirsiniz, gözünə qədər korrupsiyaya bulaşmış “istedadlı dələduzlar”, bizi böyük fəlakət gözləyir. Qurban Qurbanov xəbərdarlıq etdi. //Publika.az
Azərbaycanda 45, İsveçdə 59 - Qurban Qurbanov DƏHŞƏTLİ FAKTI açıqladı
16
dekabr
12:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Azərbaycanda qız çatışmazlığı... - ABORT: OĞLAN, YOXSA QIZ?
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI