Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya və İran Suriyadakı mövqelərini itirib.
Kainat.tv xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Analitik Suriya böhranı ətrafındakı son geosiyasi gəlişmələrə diqqət çəkib:
“Suriya ilə bağlı Astana formatının tarixə qovuşması Rusiya və İranı oyundankənar vəziyyətə salıb. Moskva və Tehranın Suriyadakı rolu sadəcə Əsəd rejiminə dəstək üzərində qurulmuşdu. Rejim dağıldığından Moskva və Tehranın Suriyadakı mövqeləri buxarlanıb.
Bu gün İordaniyada Suriya ilə bağlı beynəlxalq tədbir işə başlayıb. Türkiyə, ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, İraq, Livan, Misirin xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqı və BMT təmsilçiləri Suriyanın gələcəyini müzakirə edirlər. Suriya faktiki yenidən qurulmalıdır, ilk növbədə, bu ölkənin ərazi bütövlüyü təmin edilməli, yeni Konstitusiya qəbul olunmalı, seçkilər keçirilməli, dövlət institutları formalaşdırılmalıdır. Bunların həyata keçirilməsində əsas yük Türkiyənin üzərində olacaq. Digər dövlətlər donor rolunda çıxış etməlidirlər”.
Elxan Şahinoğlunun fikrincə, Suriya ilə bağlı yeni planın müəllifi Türkiyə olacaq:
“ABŞ İkinci Dünya Müharibəsindən sonra dağılan Avropa ölkələrinin iqtisadi-sosial problemlərinin həlli məqsədilə “Marşal planı”nı həyata keçirdi. Avropa ölkələrinin bir çoxu məhz bu planın hesabına dağılmış infrastukturlarını bərpa etdilər və çiçəklənmə dövrünə qədəm qoydular. Suriya üçün də oxşar plana ehtiyac var. Bu dəfəki planın əsas müəllifi isə Türkiyə və müttəfiqləri olacaq”. //Teleqraf.com
Türkiyənin Suriya PLANI: İran və Rusiya oyundan ÇIXARILDI
14
dekabr
23:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Suriya BÖHRANI: İran “ŞİƏ HİLALI”nı, Çin cənub marşrutunu, Rusiya isə imperiya potensialını İTİRDİ
Ərdoğanın 12 İLLİK ARZUSU gerçəkləşdi: Böyük plan yenidən MASADA, hazırlıq BAŞLADI
Rusiya və İranı məğlub duruma DÜŞDÜ: Ərdoğan geopolitik zəfəri, Suriyanı təkbaşına DİZAYN EDİR
Ərdoğan Suriyanı təkbaşına DİZAYN EDİR: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı MƏĞLUB DURUMA DÜŞÜRDÜ
Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI