Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin qeydiyyat otağına kanalizasiya suyu axması ilə əlaqədar sosial mediada videogörüntü yayılıb.
Kainat.tv-ın məlumatına görə, görüntünü paylaşan istifadəçi qeyd edir ki, hazırda həmin otaqda qoxudan durmaq mümkün deyil:
"Üfunət ətrafı bürüyüb. Bu soyuqda işçilər pəncərəni açıb içəridə otururlar. Gələn xəstələr vəziyyətdən narazılıq edirlər. Hətta xəstələrin tibbi ambulator kartları bir neçə dəfə islanıb, işçilər özləri qurudublar. Heç kim problemin həll olunması üçün nəsə etmir".
Sözügedən videogörüntünü təqdim edirik:
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, məsələnin həlli ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə məlumat verilib:
"Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi hazırda yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərir. Bununla əlaqədar binada yaranan axıntı problemləri qeydə alınır. Məsələnin həlli ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə məlumat verilib.
Onu da bildirək ki, yaxın zamanda binada əsaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır".
Xarabalığı xatırladan POLİKLİNİKA: Xəstələrin kartlarını KANALİZASİYA SUYU islatdı - ŞİKAYƏT
10
dekabr
16:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qobustanda YARARSIZ VƏZİYYƏTDƏ olan uşaq xəstəxanası - NARAZILIQ
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Prezident mühüm fərman İMZALADI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI