"Dəməşqin silahlı müxalifət tərəfindən ələ keçirilməsindən sonra Suriyada vətəndaş müharibəsi və ya ölkənin dağılması başlaya bilər".
Kainat.tv xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziya və radio şirkətinin efirində deyib.
“Biz Suriyadakı hadisələri izləyirik və qorxunun yaranmasına imkan vermək istəmirik. Bu qorxular vətəndaş və ya məzhəb müharibəsinin başlanması, Suriyanın qismən və ya tamamilə dağılması və terrorçuların sığınacağına çevrilməsi ehtimalı ilə bağlıdır”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
Xatırladaq ki, noyabrın 28-də silahlı Suriya müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçiblər. Onlar Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Hüms və Həmaya daxil olublar.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər.
Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Əsəd dövlət başçısı postunu tərk etmək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verib.
O, Suriyanı tərk edərək ailəsi ilə birlikdə Rusiya gedib və siyasi sığınacaq alıb. //Publika.az
İRAN QORXU İÇİNDƏ - Əraqçi efirdən XƏBƏRDARLIQ ETDİ
09
dekabr
08:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Suriya BÖHRANI: İran “ŞİƏ HİLALI”nı, Çin cənub marşrutunu, Rusiya isə imperiya potensialını İTİRDİ
Bəşər Əsədin və müxaliflərin taleyini bu şəhər uğrunda döyüş həll edəcək - TƏHLİL
Hələb ətrafında QANLI SAVAŞ: Bəşər Əsədin və Suriyanın taleyi HƏLL OLUNUR - Türkiyənin maraqları...
Dünya ölkələri “ALOV İÇİNDƏ” – Azərbaycan münaqişələrin ƏN UCQARINDA
Ərdoğan Suriyanı təkbaşına DİZAYN EDİR: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı MƏĞLUB DURUMA DÜŞÜRDÜ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI