Hökməli qəsəbəsi, Elşən Müslümov küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Kainat.tv xəbər verir ki, onlar yaşadıqları küçənin bərbad vəziyyətdə olmasından, eləcə də kanalizasiya sularının evlərə axmasından şikayətlənirlər.
Sakinlərdən birinin sözlərinə görə, problemlə bağlı müraciət etdiyi qurumlar məsuliyyəti üzərindən atır: "Hara müraciət edirəmsə, deyirlər ki, bu ərazi bizim balansımızda deyil. Bələdiyyəyə ərizə yazıb vermişəm, amma baxan yoxdur. Evdə körpələrim var, suyun içində qalırıq".
Digər bir vətəndaş isə qəsəbədə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: "Bu qəsəbədə vəziyyət, həqiqətən də, çox pisdir. Nə yol var, nə də kanalizasiya. Yağış yağanda insanlar əziyyət çəkirlər. Yayda isə üfunətdən tərpənmək olmur".
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə kanalizasiya şəbəkəsində yaranmış tıxac İdarənin qəza qrupu tərəfindən aradan qaldırılıb. Bildirilib ki, bu kimi halların əsas səbəblərindən biri əhali tərəfindən bərk cisim və məişət tullantılarının kanalizasiya şəbəkəsinə atılmasıdır.
Elşən Müslümov küçəsindəki palçıqlı yollarla bağlı isə Abşeron Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən küçəyə bitişik yolların təmiri Hökməli bələdiyyəsinin planına daxil edilib və qısa müddət ərzində yolun asfaltlanmasına başlanılacaq. (Baku TV)
Sakinlərin həyatını ALT-ÜST EDƏN HADİSƏ: "Körpələrim suyun içində BATIRLAR"
13
fevral
08:06
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zaur Mikayılov Tovuzda toxunulmazlıq statusu verdiyi Nəsrəddin Aslanova həm də milyonlar ayırdı
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI