Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-ın İrana zərbələrini dəstəkləməyə hazır olduğunu bildirib.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, o bu barədə "The Independent" qəzetinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, əgər Tramp Yaxın Şərqdəki hədəflərə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, Böyük Britaniya ABŞ-ı dəstəkləməyə hazırdır.

Starmer bildirib ki, İranın nüvə proqramının qarşısını almaq və ölkədəki etirazçılara bütün mümkün yardımı göstərmək indi çox vacibdir.
"Böyük Britaniya İranın paytaxtdakı etirazçılara qarşı hərəkətlərini qətiyyətlə pisləyib". - o bəyan edib.