ABŞ prezidenti Donald Tramp ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə təzyiq etmək əzmini nümayiş etdirib.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq siyasəti işıqlandıran jurnalist Devid İqnatius Amerika siyasətindəki öz məlumatlı mənbələrinə istinadən “The Washington Post” üçün köşə yazısında qeyd edib.

Onun sözlərinə görə, Tramp Zelenskidən Moskvanı niyə vurmadığını soruşub. Ukrayna lideri qətiyyətlə cavab verdi: “Bizə silah versəniz, edə bilərik”.
Tramp deyib ki, Ukrayna təkcə Moskvaya deyil, Sankt-Peterburqa hücum hədəsi ilə Putinə təzyiqi artırmalıdır.

Məqalədə deyilir ki, Tramp Putinə qarşı sərt davranır: O, qəzəblidir. Rusiya lideri artıq Trampın dediyi kimi “yaxşı” deyil”.

Qeyd edək ki, Donald Tramp Rusiyaya vaxt verib. O, Kiyev və Moskva yaxın 50 gün ərzində “ədalətli” razılığa gəlməsə, ABŞ-ın “ikinci dərəcəli sanksiyalar” tətbiq edəcəyini bildirib. Görünür, bu, Rusiya nefti və qazını alan ölkələrdən ABŞ-a idxal olunan malların rüsumları deməkdir.