ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkənin cənub sərhədini keçməsini dayandırmaq haqqında sərəncam imzalayıb.

Kainat.tv report.az-a istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Tramp qurumlara cənub sərhədindən ölkəyə daxil olan qanunsuz miqrantların ABŞ-dən çıxarılması üçün bütün mümkün tədbirləri görməyi tapşırıb.