İranda havaların soyuq keçməsi səbəbi ilə enerji çatışmazlığına görə, sabah (17 dekabr) 12 vilayətdə dövlət idarələri, universitet və orta məktəblərin fəaliyyəti dayandırılıb.
Kainat.tv xəbər verir ki, indiyə qədər İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, İsfahan, Şimali Xorasan, Mazandaran, Gülüstan, Kirmanşah, Kürdüstan, Rəzəvi Xorasan və Simnan vilayətində fəaliyyətlərin dayandırıldığı elan olunub.
Qeyd edilib ki, İranın Milli Qaz Şirkətinin bildirdiyinə görə, ötən gün ölkənin qaz şəbəkəsinə 857 milyon kubmetr qaz vurulub. Onun 641 milyon kubmetri mənzil, ticarət-iaşə obyektləri və kiçik sənaye müəssisələrində istehlak olunub. Bu isə ölkədə cari ildə qaz istehlakında ən böyük rəqəm hesab olunur.
Qeyd edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda 22 qaz yatağı aktivdir. İranın ildə 275 milyard kubmetr qaz istehsal etdiyi bildirilir. //Trend
İranda enerji ÇATIŞMAZLIĞI: 12 vilayətdə HƏYAT DAYANDI
17
dekabr
09:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Slovakiya arasında QAZ SAZİŞİnin müddəti uzadıla bilər
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Avropanın daha bir “QAZLI” qərəzi -Bakıya ŞƏR ATIR, Ermənistana GÖZ YUMULUR...
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI