Azərbaycanda son illərdə əhalisinin sayı ən sürətlə artan yaşayış məntəqəsi Abşeron rayonudur.
Bu rayonun əhalisinin sayı 2015-2023-cü illər arasında iki dəfədən çox artaraq Sumqayıt və Gəncə şəhərlərini geridə qoyub.
2015-ci ildə Abşeron rayonunda 205 min insan qeydiyyatda olub, 2020-ci ilin sonunda 430 min nəfərə, 2023-cü ilin sonunda 433 min nəfərə çatıb.
Rayon əhalisinin sayının sürətlə artmasında inzibati mərkəz olan Xırdalan şəhərinin və qəsəbələrin böyüməsinin xüsusi rolu olub. 2023-cü ilin sonunda Xırdalan şəhərinin əhalisinin sayı 196 min nəfərə çatıb. İndi Xırdalan şəhəri əhali sayına görə Bakı, Sumqayıt və Gəncədən sonra Azərbaycanın dördüncü ən böyük şəhəridir.
Xırdalandan başqa, Saray qəsəbəsində (37,7 min nəfər), Mehdiabad qəsəbəsində (20,5 min nəfər), Qobu (17,5 min nəfər) və Hökməli (17,1 min nəfər) qəsəbələrində də əhali sayı çoxdur.
Rayon əhalisinin önəmli hissəsini gənclər təşkil edir. Əhalinin təxminən 43 faizi gənclərdən ibarətdir. Yaşı 35-ə qədər olanlar isə rayon əhalisinin 50 faizindən çoxunu təşkil edir. Əhalinin gənc olmasını pensiyaçıların sayındakı dəyişiklik də təsdiqləyir.
2015-ci ildə rayonda 11 572 nəfər yaşa görə pensiya alırdı. Amma 2023-cü ilin sonunda əhalinin sayının 2 dəfədən çox artmasına baxmayaraq, yaşa görə pensiya alanların sayı 10 358 nəfərə düşüb.//Sfera.az
Azərbaycanın sürətlə böyüyən RAYONU - Əhalisi Sumqayıt və Gəncəni ÖTDÜ
06
dekabr
15:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar: SİYAHI - SAHİBLƏRİ
Azərbaycan üçün TƏHLÜKƏ! - Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır
Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI