ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə Kerolayn Livitti təyin edib.

Kainat.tv xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandası bəyanat yayıb.

Kerolayn son seçkilərdə Trampın seçki kampaniyasının sözçüsü və əvvəlki administrasiyasında mətbuat katibinin köməkçisi vəzifəsində çalışıb.

Trampın müşavirlərinin dediyinə görə, Livitt müsahibələrində onu müdafiə etməsi ilə Trampın diqqətini çəkib.

Bu təyinatla 27 yaşlı Livitt ABŞ tarixində Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilən ən gənc şəxs olub. İndiyə kimi ən gənc mətbuat katibi ünvanı 1969-cu ildə Riçard Niksonun administrasiyasında vəzifəyə gələn 29 yaşlı Ronald Zieqlerə məxsus olub.