"Azercell" Astara ərazisində rouminqə qoşulmağa görə abonentdən əlavə ödəniş tələb edir?

Kainat.tv Bizimesr.com-a istinadən bildirir ki, bu barədə sopsial şəbəkələrdə məlumat yayılıb.

"Azercell" abonenti İlkin Həsənov bildirib ki, Astara rayonunda olarkən istifadə etdiyi "Azercell" nömrəsi avtomatik olaraq rouminq xidmətinə qoşulub və nəticədə hesabına 43 manat borc yazılıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı mobil operatorun məlumat mərkəzinə müraciət etsə də, ona borclanmanın düzgün hesablandığı və məbləğin ödənilməli olduğu bildirilib.

Şikayətçi bununla razılaşmadığını ifadə edərək qeyd edib: "Hər ay ölkə daxilində istifadə üçün aylıq abunə haqqı ödəyir, internet və danışıq paketləri alıram. Əgər əlavə rouminq haqqı tutulursa, belə çıxır ki, Astara Azərbaycanın ərazisi deyil? Bu, mənə görə anlaşılmaz və absurd yanaşmadır."

Məsələ ilə bağlı "Azercell Telekom"un da mövqeyini öyrənmək mümkün olmadı...