Ali Məclis seçkiləri və narazılıqların başlanğıcı
AXCP daxilində son dövrlərdə baş verən hadisələr, partiya daxilindəki gərginliyin və intiriqaların artması ilə nəticələnib. Hadisələrin bu cür cərəyan etməsi əsasən, 2 sentyabr 2023-cü ildə keçirilən Ali Məclis seçkilərində baş vermiş pozuntularla əlaqələndirilir.
Kainat.tv xatırladır ki, seçkilər zamanı Əli Kərimlinin müavini Seymur Həzinin qarşısını almaq məqsədilə, indikindən cəmi 1 yaş “gənc” olan, səriştəsiz, iclaslarda mürgüləyən, ağzı söz tutmayan 77 yaşlı Nurəddin Məmmədlinin Ali Məclis sədri vəzifəsinə təyin edilməsi təşkil olunub. Bu hadisə, daxildəki narazılıqların təməlini qoydu.
Seymur Həzinin qarşısının alınması və çərçivələnmə cəhdi
Əli Kərimlinin müavini Seymur Həzi Ali Məclis sədri seçilməklə partiyanın qərarlarına daha çox təsir etmək və Əli Kərimlinin sərhədsiz hakimiyyətini məhdudlaşdırmaq istəyirdi. Ancaq Kərimli Həzinin niyyətini hiss etdikdən sonra onunla bir neçə dəfə görüşərək fikrindən daşındırmağa çalışdı. Nəticə əldə edə bilmədikdə, ənənəvi metodlarına əl ataraq gənc siyasətçi Seymur Həzini yaşlı və əsalı Nurəddin Məmmədliyə uduzdurdu. Kərimli bu yolla, Həzini nüfuzdan salmağa və təsirini azaltmağa çalışdı.
İstefa ərizələri və sensasion iddialar
Partiyadan istefa vermiş cəbhəçi Seymur Əhmədzadənin açıqlamaları Əli Kərimlinin daxili proseslərə necə hərisliklə nüfuz etdiyini ifşa etdi. Əhmədzadənin sözlərinə görə, Kərimli onu evinə çağıraraq, Nurəddin Məmmədliyə dəstək verməsini istəyib. Bu hadisələrdən sonra Əhmədzadə partiyadakı haqsızlıqları görərək, AXCP-dən ayrılıb.
Əli Kərimli oktyabrın 26-da Ali Məclisin sədri Nurəddin Məmmədlini yaşı və fəaliyyətsizliyi ilə əlaqədar “fəxri” istirahətə göndərərək daxildəki narazılıqların qarşısını almağa çalışdı. Hazırda isə, Kərimli yeni bir “mən” axtarışına çıxıb və Fuad Qəhrəmanlı və ya Səadət Cahangiri boş qalan Ali Məclis sədri vəzifəsinə təyin etmək niyyətindədir.
Partiyadakı gərginliyin yeni mərhələsi
Əli Kərimlinin 1 il əvvəl keçirilən seçkilərdə Nurəddin Məmmədlinin həmin vəzifəyə uyğun olmadığını bilməsinə baxmayaraq, bu seçimi etməsi, qərarlarına heç kimin qarşı gələ bilməyəcəyinə inamından qaynaqlanırdı. Lakin işlər Kərimlinin planlaşdırdığı kimi getmədi. Partiyadan ayrılan Seymur Əhmədzadə və Asif Yusiflinin seçki pozuntularına dair açıqlamaları, Kərimlini ciddi dilemmanın qarşısında qoydu.
Partiya daxilində olan fikir ayrılıqlarını aradan qaldırmaq və Rəyasət Heyətindən növbəti qopmaların qarşısını almaq üçün Kərimli, yaşlı və heç nəyə yaramayan Nurəddin Məmmədlini işdən azad etmək məcburiyyətində qaldı. Bununla belə, Seymur Həzinin dostu və komandasında yer alan Asif Yusiflinin partiyadan ayrılması, digər komanda üzvləri İlham Hüseyn və Aqil Məhərrəmlini də ciddi şəkildə düşünməyə vadar edib.
Nəticə
AXCP-də baş verən son hadisələr, Əli Kərimlinin partiyadakı total nəzarət ehtirasının, getdikcə artan narazılıqlar və daxili müxalifətlə qarşılaşdığını göstərir. Xroniki Əli Kərimli sindromu, bu intiriqaların davamı olaraq, partiyada daha çox çəkişmə və bölünməyə səbəb ola bilər. Partiyadakı gərginliyin və liderlik mübarizəsinin gələcəkdə hansı nəticələr doğuracağını isə zaman göstərəcək. //Musavat.com
AXCP-də xroniki Əli Kərimli SİNDROMU: dərinləşən intriqalar və total nəzarət hərisliyi...
29
oktyabr
23:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Tiflisdə XAOS, Türkiyədə yetişən YENİ DÖNƏM- biz də hazır olmalıyıq
“Gürcü arzusu” qalib gələrsə... Gürcüstanda iğtişaşlar qaçılmaz, rəngli inqilab isə... - QORXULU TİFLİS
Azərbaycan üçün TƏHLÜKƏ! - Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır
İrəvan Tiflisə qarşı xain plana qoşulub: Erməni terrorçular seçki günü Gürcüstanda silahlı təxribatlar törədəcək
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Türkiyədən ABŞ-a "Suriya" TƏKLİFİ: Ankara görün hansı şərtləri İRƏLİ SÜRDÜ
- Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
- Rusiya ordusu Donetskdə və Kursk yönündə İRƏLİLƏYİR
- Putin ABŞ və Qərb dövlətlərinə XƏBƏRDARLIQ ETDİ
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi TƏSİR EDİR
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
- Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal MÜHARİBƏ - Dünya üçün HƏLLEDİCİ AN
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?