Rusiyada məhkəmə qlobal texnologiya nəhəngi Quqla (Google) misli görünməmiş cərimə kəsib. Cərimənin məbləği düz 20 000 000 000 000 000 000 000 000 dollardır.

Kainat.tv Teleqraf.com-a istinadən xəbər verir ki, Quql-un Rusiya media qurumlarının məzmunlarını bloklaması səbəbindən tətbiq edilən bu cərimə ödənilməsi mümkün olmayan həddə çatıb.

Dünya iqtisadiyyatı ilə müqayisədə cərimənin məbləği ağlasığmazdır.

Rusiya mətbuatının yazdığına görə, bu proses dörd il əvvəl başlayıb. 2020-ci ildə ABŞ sanksiyalarına görə Yutub (YouTube) Rusiyanın “Tsarqrad” telekanalını platformadan çıxarıb. “Tsarqrad”ın başlatdığı hüquqi mübarizə nəticəsində məhkəmə Quql-un Yutub-da qadağan etdiyi Rusiya kanallarını bərpa etməsinə qərar verib.

Quql bu qərara əməl etmədiyinə görə məhkəmə gündəlik cərimələr tətbiq etməyə başlayıb və hər keçən an qat-qat artan cərimə qısa vaxtda inanılmaz rəqəmə çatıb.

Rusiya məhkəməsinin müəyyən etdiyi cərimənin məbləği təqribən 20 desilyon dollardır, yəni dünya miqyasında ödənilməsi mümkün olmayan bir rəqəmdən söhbət gedir. Dünya Bankının məlumatına görə, dünya iqtisadiyyatının həcmi 105 trilyon dollar civarındadır. 20 desilyon dollar bu rəqəmin milyardlarla misli deməkdir. Bu borc düz 200 milyard dünyaya bərabərdir. Yəni indiki dünya iqtisadiyyatında belə pul yoxdur.

Quql-un gəliri təxminən 88 milyard dollardır. Bu nəhəng cərimə şirkətin qazancını minlərlə dəfə üstələyir. Şirkətin bu cəriməni ödəyə bilməsi mümkün görünmür və hansı tədbir görəcəyi də böyük maraq doğurur.

Rusiyanın bu misilsiz qərarı beynəlxalq aləmdə də rezonans doğurub. Cərimənin Quql-un Rusiyadakı əməliyyatlarına necə təsir edəcəyi və bunun tərəflər arasında gərginliyi daha da artırıb-qaldırmayacağı müzakirə mövzusudur.