Kainat.tv həmin planetlərdən bəziləri ilə bağlı materialı təqdim edir.
Korot-7b
KOROT-7b-yə yağan yağışlar bildiyiniz yağışlara bənzəmir. Göydən planetə daşlar yağır. Bu azmış kimi, planetdə temperatur 2500 dərəcəyə çatır. Bu, onun ulduzuna çox yaxın olmasının nəticəsidir. Ulduzuna o qədər yaxındır ki, planetin bir ili bizim zamanımızın cəmi 20 saatına uyğun gəlir. İşıq sürətilə getsək, 489 ilə çata biləcəyimiz planetin bütün səthinin vulkanlar, lavalar və daşlarla örtülü olduğu düşünülür. Korot qorxunc bir xaosun içindədir.
TrES-2b
İşıq sürətilə 750 ilə çata biləcəyimiz bu planet kosmosun dərinliklərindəki ən qorxunc yerlərdən biridir. Tədqiqatçıların indiyə qədər gördükləri ən qaranlıq ekzoplanet sayılır. Kömürdən daha qara olan planet işığın yüzdə birindən azını əks etdirir. Tədqiqatçılar hələ də bu durumun səbəbini anlaya bilmirlər. Amma bunu planetin işığı əks etdirən buludlarının olmaması və ya atmosferində işığı udan kimyəvi maddələrin olması ilə izah edənlər də var.
Qaranlıq olması onun soyuq olması demək deyil. Əslində planetin temperaturu onun buraxdığı az miqdarda işıqdan asılı olaraq 1000 dərəcə ətrafındadır.
Venera
Qəribədir ki, XX əsrə qədər həyatın olduğu düşünülən qonşumuz əsl cəhənnəmdir. Günəş sistemində ən çox vulkana sahib olan Veneranın bütün səthi lava ilə örtülüdür. İnanılmaz dərəcədə yüksək təzyiq və temperaturu 450 dərəcəyə çatan planet, sanki bunlar kifayət deyilmiş kimi qalın bir sulfat turşusu buludu ilə örtülüb. Bundan əlavə, atmosferinin 96 faizi karbondan ibarətdir.
WASP-12b
İşıq sürətilə 1100 ildə çata biləcəyimiz WASP-12b-nin qorxunc tərəfi onun ulduzu tərəfindən yavaş-yavaş parçalanmasıdır. Planet öz ulduzuna o qədər yaxındır ki, ulduzunun cazibə qüvvəsinin nəhəngliyinə görə atmosferinin üst hissəsindən ildə 200 katrilyon ton maddə itirir. Bu səbəbdən planetin forması yumurtaya bənzəyir. Bu inanılmaz cazibə qüvvəsi və yüksək temperatur səbəbiylə planetin tərkibindəki karbon sayəsində nəhəng bir almaz mədəni ola biləcəyi düşünülür. //Teleqraf.com