Kainat.tv xəbər verir ki, bunu ukraynalı politoloq Ruslan Roqov deyib.
Ekspert nəticələri “uğursuz” hesab edir. Onun sözlərinə görə, bunun əsas səbəbi Moldovada avrointeqrasiya əleyhdarlarının çox olmasıdır, bu, əsasən rusiyayönlü elektoratdır.
“Rusiya faktiki olaraq moldovalıları qorxutmaqla öz bazasını genişləndirmək üçün fəal işləyirdi. Moldovalılar AB gələcəklərini onunla əlaqələndirirlər ki, bundan sonrakı hədəf NATO-ya üzvlük və bu alyansın ölkədə hərbi bazasının yerləşdirilməsi olacaq. Bu isə vəziyyəti gərginləşdirir və Moldovanın müharibəyə cəlb olunmasına səbəb ola bilər”, - Roqov qeyd edib.
Bundan əlavə, analitikin fikrincə, referendumun nəticələrinə rusiyayönlü qaçaq biznesmen İlan Şorun partiyası və tərəfdarları da təsir edib. Onlar seçkilərdə Prezident Maya Sanduya qarşı səs verməli olan 130 minə yaxın vətəndaşdan ibarətdir. Roqov vurğulayıb ki, bu, Moldovanın AB-yə daxil olmasının əleyhinə səs verən seçicilərin sayına da təsir göstərib.
“Röyter” yazır ki, Rusiya Moldovada etiraz aksiyalarında iştirak etmək üçün insanları cəlb edir. Etirazları ölkə daxilində İlan Şorla əlaqəsi olan şəxslər yönəldirlər. //Teleqraf.com