Kainat.tv onunla müsahibəni təqdim edirik:
- Ermənistan tərəfi sülhlə bağlı davamlı açıqlamalar versə də öz öhdəliklərinin nədən ibarət olmasından danışmır. Rəsmi İrəvanın sülhlə bağlı “B” planı nədən ibarətdir?
- Azərbaycanla Ermənistan arasında sülh razılaşması üzrə gələcəkdə hansı məsələlərin ziddiyyətlər yaratması mövzusu ətrafında müzakirələr gedir. Bu, Azərbaycan torpaqlarına əsassız iddia və Qarabağ ermənilərinin qaydışı məsələsi ola bilər. Qarabağ ermənilərinin geri qayıdışı iddiası ilə bağlı bəyanatları Ermənistan tərəfi nadir hallarda səsləndirsə də, onların “B” planları var. İndiki halda aralarında olan razılığa əsasən müxtəlif Qərb ölkələri, beynəlxalq təşkilatlar bu məsələ ətrafında çıxış etməkdədir. Digər bir məsələ isə ərazi iddiaları ilə bağlıdır. Bu məsələyə də aydınlıq gətirilməlidir. Hazırda baş verənlər onu göstərir ki, tərəflər sülh müqaviləsinin imzalanmasına yaxın deyil.
- COP29-a qədər sülh sazişi imzalana bilər iddiası səslənirdi. İstanbulda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşlərdə də müəyyən məsələlər müzakirə edilib. Yaxın dövr üçün bu müstəvidə nə kimi irəliləyişlər gözlənilir?
- Ermənistan və digərləri COP29-dan istifadə edirdilər. COP29-un adı ilə Qərb Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirdi. Bu pis yanaşma deyildi. Azərbaycan da buna razı idi. Bakıda COP29-a qədər Ermənistanla sülh müqaviləsinin imzalanmasına Azərbaycandan etirazlar yox idi. Azərbaycanın yeganə tələbi o idi ki, Ermənistan konstitusiyasında dəyişiklik edilərsə tez bir zamanda sülh müqaviləsini imzalamaq mümkün olacaq.
- Qərbin sülhlə bağlı əsas niyyəti nədən ibarət idi?
- Azərbaycanı bu məsələdə nə narahat edir?
- ABŞ hərbi bazasının Ermənistanda yerləşdirilməsi kimi məsələlər müzakirə obyekti idi. Artıq bu real ola bilərdi. Ermənistanın Avropaya inteqrasiyası ilə bu ölkədə ABŞ hərbi bazasının yerləşdirilməsi anlayışları fərqlidir. Bu gələcəkdə NATO hərbi bazaları adı altında Fransanın bölgədə Azərbaycana qarşı hücuma keçməsi ilə nəticələnə bilər. Müxtəlif qaynaqlardan əldə edilən məlumatlarda deyilirdi ki, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan məhz Qərbdəki həmkarları ilə konsultasiya zamanı “erməni ordusunun kiçik miqyaslı qələbəyə ehtiyacı olduğunu bildirmişdi”. Bu isə kifayət qədər ciddi çağırışdır. Azərbaycanla indi imzalanacaq yarımçıq sülh müqaviləsi Ermənistanın gələcəkdə ölkəmizə hücuma keçməsi üçün zəmin hazırlamağa hesablanıb. Son illərdə Ermənistan ordusuna ayrılan vəsait də ciddi şəkildə artırılıb. Bu isə məğlub ölkənin davranışlarına adekvat deyil.
- Belə çıxır ki, sülhdən danışılsa da region üçün yeni müharibə təhlükəsi qalmaqdadır. Erməni tərəfi də Azərbaycanın COP29-dan sonra Zəngəzur istiqamətində hansısa həmləsinin olacağını iddia edir...
- Ermənistan tərəfi və Qərb COP29-dan sonra da müəyyən dövr sülh danışıqlarını imitasiya edəcək. Məhz imzalanacaq sülh razılaşmasından sonra Ermənistanın Qərbdəki tərəfdaşları ilə yeni bir hiyləyə əl atması istinsa edilmir. Sözsüz ki, proseslərin gedişi daha çox Rusiya-Ukrayna müharibəsinin yekunundan, ABŞ-dakı prezident seçkilərinin nəticələrindən asılı olacaq. ABŞ-dakı seçkilərin yekunu ilə Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi açıqlanacaq. Bu isə avtomatik olaraq Cənubi Qafqaz regionu ilə bağlı da məsələlərə aydınlıq gətirəcək. Amerikada “Respublikaçılarla”, “Demokratların” Cənubi Qafqaz, Rusiya və İrana olan münasibətlərində bir qədər fərqli yanaşmalar var. Ona görə də, Azərbaycanla Ermənistan arasında yaşananlar təkcə iki dövlət məsələsi deyil. Bu qlobal kontekstdə təhlil edilməlidir.