“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçirdiyi satınalma müsabiqələrində qalib gələn şirkətlər arasında daha çox diqqəti cəlb edən “Şans Construction” MMC-dir.
32gun.az xəbər verir ki, bu şirkət yarandıqdan bir ildən sonra dövlət satınalmalarında iştirak etməyə başlayıb və “Azərişıq” ASC-nin Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Aşağı Surra kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Bu tender üzrə bağlanmış satınalma müqaviləsinin maliyyə dəyəri 2 618 234,96 manatdır.
2024-cü ildə isə şirkət “Azərişıq” ASC-nin keçirdiyi 7 tenderin qalibi seçilib. Bu tenderlər üzrə bağlanan satınalama müqavilələrinin ən aşağı maliyyə dəyəri 1 772 258,66 manatdır. Müqavilədə Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri nəzərdə tutulur.
Digər müqavilələrin maliyyə dəyəri isə 2-13 milyon arasında dəyişir.
“Şans Construction” MMC-nin Azərişıqdan aldığı ən iri məbləğli sifariş ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tələblər proqramına əsasən pivot suvarma tətbiq edilmiş və ərzaqlıq buğda əkilmiş sahələrin xarici elektrik təchizatının təmin olunması işlərinin satın alınması ilə bağlıdır. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 13 710 522,07 manatdır.
Maraqlıdır ki, dövlət qurumunun iri məbləğli tenderlərində qalib seçilən “Şans Construction” MMC haqqında açıq mənbələrdə heç bi məıumat yoxdur. Hətta şirkətin əlaqə nömrələrinə və internet saytına rast gəlinmir.
Bu isə şirkətin maddi-texniki bazası haqqında məlumatları əlçatmaz edir. İri layihələri həyata keçiriən “Şans Construction” MMC-nin maddi-texniki bazasının buna imkan verib-vermədiyi bəlli deyil.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Şans Construction” MMC 23 iyun 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami Rayonu, Əliağa Kürçaylı küçəsi, ev 7, mənzil 64-də yerləşir.
Şirkətin qanuni təmsilçisi isə Orucov Vüqar Bayram oğludur. Ondan əvvəl “Şans Construction” MMC-nin qanuni təmsilçisi Abbasov Səyavuş Şahid oğlu olub.
Vüqar Orucov onu ötən il əvəzləyib. Bu şəxslər barəsində də heç bir məlumata rast gəlinmir. Beləliklə, dövlət sifarişlərini faktiki olaraq barəsində heç nə bəlli olmayan bir şirkət həyata keçirir ki, bu da müəyyən şübhələrə yol açır. Hər halda “Azərişıq” ASC özəl təşkilat deyil, dövlət büdcəsindən maliyyələşən qurumdur. Ona görə də dövlət satınalmalarında şəffaflığı təmin etməli, iri layihələri icra edən şirkətlər haqqında ictimaiyyətə məlumat verməlidir.
Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.
Vüqar Əhmədovun sədri olduğu “Azərişıq”ın “ŞANSI”, yaxud milyonluq layihələrin həvalə edildiyi müəmmalı şirkət kimindir?
07
fevral
23:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ƏƏSMN-nin TENDER OYUNUNDA 1.2 milyona tikilən 20 evin HOQQASI: Satınalma ""İŞİ"nə girişən Mehman Məmmədov KİMDİR?
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
Ağcabədidə MAL KƏSƏN “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı GÖRÜN NƏDİR!?
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ