Moldova və Gürcüstanda keçirilən seçkilər regionda yeni reallıqların, həmçinin siyasi konfiqurasiyanın formalaşması kimi dəyərləndirilir. Bir çox ekspertin fikrincə, Qərbə meylli postsovet ölkələrinin mövqeyini dəyişərək yenidən Rusiyaya istiqamətlənməsi ciddi siqnaldır.
Moldovada keçirilən prezident seçkilərində “Rusiyanın adamı” kimi təqdim olunan türk əsilli namizəd Aleksandr Stoyanoğlu kifayət qədər səs qazansa da, məğlub oldu. Avropayönümlü Maya Sandu yenidən prezident seçildi.
Gürcüstanda isə parlament seçkilərində avrointeqrasiya tərəfdarı olmayan Gürcü Arzusu Partiyası qalib gəldi. Son vaxtlar Ermənistanın da Rusiya ilə bağlı müsbət açıqlamaları diqqət çəkir.
Rusiyaya diqqətçəkən dönüş Ukraynada davam edən müharibə ilə bağlı ola bilərmi? Qərbdən uzaqlaşmanın əsas səbəbləri nələrdir?
Kainat.tv-nin məlumatına görə Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, postsovet ölkələrində nüfuz qazanmaq uğrunda Rusiya və Qərb arasında mübarizə illərdir davam edir:
“Əslində Qərb ifadəsi tam doğru deyil. Çünki mübarizə konkret ABŞ və Rusiya arasında gedir. Moldova, Ermənistan, Ukrayna və Gürcüstanda bu proses özünü daha qabarıq şəkildə göstərir. Sözügedən ölkələrə diqqətlə baxdıqda cəmiyyətin Avropa İttifaqının (Aİ) üzvü olmaq istədiyini görmək mümkündür. Lakin bununla belə mövcud iqtidarlara səs verən qüvvələr ölkələrinin suverenliyindən narahat olduqları üçün bu addımı atırlar.
Zaur Məmmədov
Gürcüstan və Moldova seçkiləri arasında fərqlər var. Məsələn, Tbilisidə hakim Gürcü Arzusu Partiyasını seçənlər Aİ-yə inteqrasiyanın ölkənin suverenliyinə zərər vuracağını düşünən kəsimdir. Amma Moldovada konkret Aİ tərəfdarları və rus meyilli qüvvələrin şahidi olduq. Yəni bu qüvvələr seçkidə kimi istədiyini açıqca bildirdi”.
Politoloqun sözlərinə görə, Moldovada ölkənin gələcəyini Rumıniya ilə birləşməkdə, yəni Aİ-yə üzvlükdə görən şəxslər var:
“Bunun əks mövqeyində dayanan qüvvələr isə ruspərəstlərdir. Məsələn, qaqauz türkləri ruspərəst deyil, amma ittifaqa üzv olmaq da istəmirlər.
Ermənistanda da Moldovadakı kimi qütbləşmə var. ABŞ başda olmaqla Qərb Rusiyanı bu ölkədən çıxarmağa çalışır. Nəticədə nüfuz mübarizəsi və daxili çəkişmə ortaya çıxır”.
Mübarizə BAŞLADI: iki ölkə birləşə bilər, türklər istəmir
05
noyabr
11:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tiflisdən Fransa və Ermənistana SARSIDICI ZƏRBƏ: Qərb gürcü müxalifətini niyə “SATDI”
MDB ölkəsindən RİSKLİ QƏRAR: Rusiya HƏRƏKƏTƏ KEÇDİ
Tiflisdə XAOS, Türkiyədə yetişən YENİ DÖNƏM- biz də hazır olmalıyıq
Qərb Gürcüstanda fiaskoya UĞRADI: Azərbaycanın regionu xilas edən iradəsi - TƏHLİL
Gürcüstanda tarixi seçki: səssayma BAŞA ÇATDI – Qalib BƏLLİDİR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri ÇƏTİNƏ SALDI - Baş həkim nələri AÇIQLADI?
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- "Bondotel"dən xüsusi ƏMƏLİYYAT: 4 sayt rəhbəri HƏBS EDİLDİ
- Ermənistan Azərbaycana hücuma HAZIRLAŞIR: Paşinyan "kiçik uğurlu müharibə" PLANI
- Cənub bölgəsinin pambıq “BARONU” Bahəddin Leysanov KİMDİR? Yaxud bölgənin qeyri-rəsmi "QUBERNATOR”u olan “KÖLGƏ ADAM”
- Qərbdən Kiyevə dəhşətli mesajlar VERİLDİ: Ukrayna həm DONACAQ həm də...
- Azərbaycanda dəhşətli HADİSƏ — Ata qızını ZORLADI, doğulan körpəni həyətdə BASDIRDI
- Binə qəsəbəsində QAZ XƏTTİ VAR, lakin istilik YOXDUR - 120-dən çox ailənin müraciəti NƏZƏRƏ ALINMIR
- Tarixi şəhər uğrunda ölüm-dirim mübarizəsi BAŞLADI – Türkiyə üçün KRİTİK SAATLAR
- Cəbhə DARALDI, ordu ÇIXARILIR – Yaxın Şərqdə həlledici QƏRAR
- Qoşun yığılır, silah DAŞINIR – Tarixi kəndimizdə NƏLƏR BAŞ VERİR?
- Ermənistan yeni müharibəyə HAZIRLAŞIR: Kərki istiqamətinə ORDU YERİDİLDİ
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO