COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT baş katibinin iqlim məsələləri üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.

Kainat.tv xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Görüşdə tərəflər iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim planlarının razılaşdırılmasında hökumətlərin ambisiyalarının artırılması üzrə qarşıdakı COP29 səylərini müzakirə ediblər. //Musavat.com