ABŞ Ermənistanla hərbi əlaqələrini müəmmalı şəkildə artırır: birgə təlimlər, silah təchizatı, generalların intensiv görüşləri..; parlament sədrinin isə avazı yaxşı gəlir - təhlil
ABŞ bir tərəfdən sülh sazişinin imzalanması üçün fürsətlər olduğunu bəyan etsə də, Ermənistanla hərbi əlaqələrini müəmmalı şəkildə artırır.
Kainat.tv bildirir ki, ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Çarlz Braun Ermənistanın Baş Qərargah rəisi Edvard Asryanla Vaşinqtonda görüşündə Ermənistanın hərbi sahəsinin müasirləşdirilməsinə aid təşəbbüsləri müzakirə ediblər. Bu səylərə dəstək verilməsini təklif edən general Braun Rusiyanın regiondakı ziyanlı təsirindən narahatlıq bildirib, bu fəaliyyətə qarşı mübarizənin vacibliyini vurğulayıb. Ermənistanın Müdafiə Nazirliyi görüşə aid yekun bəyanatda getdikcə uzaqlaşdığı müttəfiqi Rusiyanın adını çəkməyib. Ermənistan ordusunda dəyişiklər və islahatlara dəstəyini təsdiqləyən ABŞ bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyinə hərbi müşavirini təyin edəcəyini açıqlayıb.
Asryanın ABŞ-da görüşdüyü üç generaldan biri Mayk Miller xarici silahlı qüvvələrin təlim, məsləhət və təchizat məsələləri ilə məşğul qurumuna başçılıq edir. İki ölkənin hərbçiləri iyulda Ermənistanda bu il artıq ikinci birgə təlimlər keçirib. Birgə sülhməramlı əməliyyatlara aid təlimləri ölkəyə səfər edən üç amerikalı general izləyib. Rəsmi Moskva Rusiya-Ermənistan münasibətlərinin pişləşməsi fonunda keçirilən təlimləri pisləyib. Onlar bu təlimlərin iki ölkə münasibətlərinə növbəti zərbəni vuracağını deyib. Həmçinin əlavə ediblər ki, bununla Ermənistan öz təhlükəsizliyini daha böyük risk altına atır. Bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor İrəvanda keçirilən görüşdə Ermənistanla ABŞ arasında əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Ermənistanın təhlükəsizlik sisteminin modernləşdirilməsi üçün gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər. Hələlik ABŞ-ın müdafiə şirkətlərinin Ermənistanla birbaşa silah tədarükü üzrə müqavilələr imzaladığına dair açıq mənbələrdə təsdiqedici məlumatlar yoxdur. Amma ekspertlər hesab edir ki, ABŞ-ın dəstəyi yalnız birgə təlimlərin keçirilməsi və ya Ermənistan hərbçiləri üçün tədris kurslarının təşkili ilə məhdudlaşmır. Əslində bu əməkdaşlıq daha dərin xarakter daşıyır və məqsəd Ermənistanı Cənubi Qafqazda ABŞ-ın hərbi-siyasi dayaq nöqtəsinə çevirməkdir.
Vaşinqtonun bu regionda sərhəd xətlərini yaratmağa yönələn siyasəti stabilliyi təmin etmir, əksinə, yeni münaqişələrin meydana çıxma ehtimalını gücləndirir. Bu vəziyyət, təbii olaraq, Bakı və Moskvanın narahatlığına səbəb olur, çünki bu siyasət hər iki ölkənin maraqlarına ciddi təhdid kimi qəbul edilir. Hərçənd ki, bu prosesdə tərəflər fərqli maraqlar və məqsədlərlə hərəkət edirlər. O baxımdan ABŞ-ın Ermənistan üçün hərbi və təhlükəsizlik sahəsində oynadığı rol Bakı-Vaşinqton əlaqələrinə təsir etməkdədir. Bu narazılıq vaxtaşırı dilə gətirilir. Lakin erməni spiker Alen Simonyan son dövrlər səslənən eskalasiya riskləri haqda danışıb. “Ermənistan Azərbaycana hücum etməyə hazırlaşmır. Hazırda ermənilər dinc birgə mövcudluq istəyir və buna sübut bizim partiyanın hakimiyyətdə olmasıdır. Mən tez-tez təəccüblənirəm ki, niyə və nə üçün Azərbaycan tərəfi və ya Azərbaycan əhalisi "Ermənistan yenidən hücum etmək qərarına gələ bilər, ya da yeni müharibə başlada bilər" barədə düşünməlidir? Mən buna hansısa səbəblər görmürəm", - Simonyan "AzadlıqRadiosu"na müsahibəsində bildirib. “Biz mümkün olan bütün yolları sabah da açmağa hazırıq ki, istənilən azərbaycanlı İrəvana gəlib istirahət edib, nəsə alıb, oradan başqa yerə - Naxçıvana getsin. Geri qayıdanda isə başqa şəhərdə dayanıb, sonra yenə davam edə bilər... Ermənilər də Bakıya, Sumqayıta və digər şəhərlərə gəlib, orada münasibət qursunlar, çay və ya kofe içib, məsələn, Dağıstana yola düşsünlər”.
Ramil Məmmədli
Hərbi analitik Ramil Məmmədlinin “Yeni Müsavat”a dediyinə görə, bu addımları iki punkta bölmək lazımdır. Ekspertin fikrincə, ABŞ-ın Ermənistana hərbi dəstəyinin başlıca məqsədi onu Rusiya təsirindən qopara bilməkdir: “Burada Gümrüdəki bazanın ləğvi və sərhədlərindən rus hərbçilərin evakuasiyası yekun hədəfdir. Bu istəyə nail olana qədər Paşinyan dövründə dəstək siyasəti davam edəcək. O ayrı məsələdir ki, hədəfə çatacaq, ya yox”.
R.Məmmədli hesab edir ki, ikinci niyyət Ermənistandan irəli gəlir: “İrəvan isə bu silahlanmanı həm piar edir - yəni xalq görsün ki, Rusiya bizdən üz çevirdi, əvəzində ABŞ, Fransa kimi nəhəng güclərdən təhlükəsizlik sahəsində dəstəyimiz var, eləcə də məğlubiyyət sindromuna son qoymaq kimi niyyət güdülür. Düşünmürəm ki, ABŞ bölgədə Azərbaycanla Ermənistan arasında genişmiqyaslı hərbi toqquşmalarda maraqlıdır və silahı da bu səbəbdən ötürür. Zənnimcə, Ermənistan özü silahlandıqca bu həvəsə düşə bilər. Əlbəttə, Fransa ABŞ-dan fərqli olaraq, erməniləri revanşa hazırlamaq istəyində görünməkdədir. Makronun düşmənçilik və nifrət hissi qabarıq hiss olunur”.
Hərbi ekspertə görə, sadəcə, bu revanş cəhdi indi görünmür, gələcəkdə fürsəti yaxalamaq istəyəcəklər: “Ermənistan 4 il qabaq müharibədə minlərlə əsgər və zabitini, leytenantlarını, polkovniklərini itirib. İndi onların yerini doldurmaq və yetişdirmək üçün zaman lazımdır. Odur ki, müharibədən məğlub çıxan ordu tezliklə təkrar savaşa girmir, hazırlıq görür. Hazırda silahlanma, ordunun yenidən qurulması prosesi gedir, birgə təlimlərlə təcrübə artırılır, rus-sovet hərbi məktəbindən uzaqlaşma tendensiyası müşahidə olunur. Zənn etmirəm ki, bu addımlar Ermənistanı irəli aparacaq”.
Qeyd edək ki, aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika, həmçinin Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları gətirilib. //Yeni Müsavat
Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır - Müəmmalı görüşlər, silahlanma və...
23
oktyabr
12:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - AZƏRBAYCANIN MÖVQEYİ
Baydenin “ÜMİDLƏRİ” Qafqaza TƏHLÜKƏDİR: Bakı Ağ Evi “SEVİNDİRMƏK” niyyətində deyil
Baydenin Prezident Əliyevə “sülh məktubu”nun SİRRİ
Parlamentdə yeni yaradılan komissiyanın ilk İCLASI - COP29 müzakirə edilir
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- COP29 gündəliyi - 21.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə OLUNDU
- Türkiyədə polislərə SİLAHLI HÜCUM – YARALILAR VAR
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Əvvəlcə Putin, sonra Mirzoyan: İrəvana gözlənilməz səfərin DETALLARI
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- "Xocalı" ad gününü QEYD ETDİ
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Ermənistanla münasibətlərimiz Azərbaycandan asılıdır - URALOĞLU
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- COP29 gündəliyi - 21.11.2024
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?