Livanda "Hizbullah"ın iki sahə komandiri öldürülüb.

Kainat.tv TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusunun hava zərbələri nəticəsində Livanın sahil bölgələrində "Hizbullah"ın iki sahə komandiri öldürülüb.

Hərbi mətbuat xidməti bildirib ki, komandirlər İsrailin Qərbi Qaliliya və mülki obyektlərə edilən raket hücumlarına cavabdeh idilər.

Məlumata görə, bu komandirlərin zərərsizləşdirilməsi "Hizbullah"ın Cənubi Livandan İsrailin mülki vətəndaşlarına qarşı terror hücumları həyata keçirmək qabiliyyətini daha da zəiflədəcək. //Musavat.com