ABŞ hərbçiləri Suriyada iranyönümlü qruplaşmalarla əlaqəli doqquz obyektə zərbələr endirib.

Kainat.tv xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hücum son 24 saat ərzində amerikalı personala qarşı bir neçə həmləyə cavab olub.

“Bu zərbələr İranın dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrinə qarşı gələcək hücumları planlaşdırmaq və həyata keçirmək qabiliyyətini azaldacaq”, – CENTCOM vurğulayıb. //Publika.az