Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına 5 gün qalıb. Azərbaycan ev sahibliyi edəcəyi bu sammitə uzun müddətdir ki, hazırlıq görürdü. COP29 çərçivəsində təqribən 70-80 min xarici qonağın iki həftə ərzində Azərbaycanda olacağı gözləniləndir. Qonaqlar arasında ölkə başçıları, baş nazirlər, siyasilər, QHT-lər, media nümayəndələri və digər şəxslərin olacağı deyilir.

COP29-da Bakıya gələcək prezidentlərin, baş nazirlərin ilkin siyahısında kimlər var?

Kainat.tv xəbər verir ki, Globalinfo.az mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycana gələn qonaqların indi məlum olan siyahısı:

1.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – bu barədə Türkiyə liderinin noyabr ayında nəzərdə tutulan səfərlərinin proqramında bildirilir.
2. Almaniya kansleri Olaf Şolts;
3. Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif;
4. İsrail Prezidenti İshak Hersoq;
5. İtaliya Baş naziri Giorgia Meloni;
6. İspaniyanın Baş naziri Pedro Sánchez;
7. Braziliya Prezidenti Luiz İnasio Lula da Silva;
8. Banqladeş Prezidenti Məhəmməd Şahabuddin;
9. Ruanda Prezidenti Pol Kaqamen;
10.Konqo Prezidenti Feliks Çisekedi;
11. Albaniya Baş naziri Edi Rama
12. Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyh Mahmud
13. ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək. Heyətin tərkibinə kənd təsərrüfatı naziri Tomas Vilsak, enerji naziri Cennifer M. Qranholm, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallory, Energetika katibinin müavini David Turk, daxili işlər nazirinin müavini vəzifəsini icra edən Laura Daniel-Devis, Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini vəzifəsini icra edən Ceyn Nişida, Ticarət Katibinin Okeanlar, Atmosfer üzrə Müşaviri və Milli Okean, Atmosfer Administrasiyasının administratoru Rik Spinrad, Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins və digər yüksək vəzifəli şəxslər daxildir.

COP29 çərçivəsində Azərbaycanda iştirak edəcək bir neçə ölkəni kimin təmsil edəcəyi ilə bağlı hələ ki rəsmi məlumatlar olmasa da müəyyən ehtimallar səsləndirilməkdədir:

1. ABŞ dövlət katibi Antony Blinken sammitdə olmayacaq.
2. Rusiya Prezidenti Vladimir Putin COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək. Əvəzində Baş Naziri Mixail Mişustinin gəlməsi gözlənilir.
3. Ukrayna Prezidenti Volodimir Zelenskinin tədbirə gəlib-gəlməyəcəyi dəqiq deyil.
4. Ermənistan Baş naziri Nikol Paşinyan, yaxud da xarici işlər naziri Ararat Mirzoyanın səfəri gözləniləndir
.