Türkiyənin Milli İstihbarat Təşkilatı PKK/KCK terror təşkilatı üçün bölgə xalqından xərac toplayan və təşkilatın məsul şəxsləri Caize Selber və Əminə Ulaşı İraqda zərərsizləşdirib.

Kainat.tv xəbər verir ki, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

Məlumata görə, silahlı qüvvələrin apardığı araşdırmalar nəticəsində PKK/KCK üzvlərindən "Berfin Roj" kod adlı Caize Selber və "Tekoşin Dilgeş" kod adlı Emine Ulaşın yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olduğu müəyyən edilib. Onlar eyni zamanda təşkilatın rəhbər şəxsləri hesab edilirmiş.

Selber və Ulaşın terror təşkilatına qoşulacaq gəncləri də müəyyən edib təşviq etdiyi və Türkiyədəki gənclər təşkilatının üzvlərinə hərəkət üçün təlimatlar çatdırdığı öyrənilib.

Terrorçuların 1999-cu ildə qoşulduqları təşkilatda məsul səviyyədə fəaliyyət göstərdikləri müəyyən edilib. //APA