Rusiya Vaşinqtonun təklif etdiyi modeldən imtina etdiyi andan ABŞ-la münasibətlər pisləşməyə başlayıb.

Kainat.tv xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedev "Russia Today" telekanalına müsahibəsində deyib.

"Bizə belə bir model təklif edildi: "Bizimlə yaxşı münasibət qurmaq istəyirsizsə, sizə dediyimizi etməlisiz". Onda biz qərara gəldik ki, bu qədər bəsdir.

Bu Rusiya Federasiyasının maraqlarına uyğun deyildi, biz amerikalılarla mübahisə etməyə başladıq”, - Medvedev izah etdi.

Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında ilk ciddi fikir ayrılıqları 2008-ci ildə Gürcüstanda baş verən münaqişə səbəbindən yaranıb. //Teleqraf.com