3+3 formatı Qafqaza sülh və sabitlik vəd edir: bunu artıq ermənilər də anlayır.
Cümə günü İstanbulda Türkiyə, Azərbaycan, İran, Rusiya və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatı çərçivəsində görüş keçirilib. Yalnız Gürcüstanın iştirak etmədiyi toplantıda Ermənistan-Azərbaycan sülh prosesi, bölgədəki kommunikasiya yollarının açılması və tərəflər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular müzakirə olunub. Xüsusilə Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi diqqət mərkəzində olub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini vurğulayıb, Ermənistan tərəfi isə daha çox vurğunu sərhədlərin açılması mövzusu üzərinə gətirib. Xarici işlər naziri Ararat Mirzoyan regional nəqliyyat yollarının açılması, artıq Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin inşaatının tamamlandığını, İrəvan və Ankaranın Gümrü-Qars dəmir yolu xəttinin inşası ilə bağlı anlaşdığını xatırladıb.
Mirzoyan deyib ki, bu xətt işə düşərsə, o zaman Ermənistan-Azərbaycan arasında dəmir yolu (Zəngəzur üzərindən) xətti ilə birlikdə Bəsrə körfəzi ilə Xəzər dənizi və Aralıq dənizi arasında güclü bir nəqliyyat bağının qurulacağı qeyd edilib.
Göründüyü kimi, Ermənistan İstanbul görüşündə əsas vurğunu nəqliyyat yolları və ən əsası da Türkiyə ilə sərhədlərin açılmasına edib. Çünki Azərbaycan kimi Ermənistanın da Avropaya çıxışı Türkiyədir. Paşinyan anlayır ki, onun və ölkəsinin gələcəyi Türkiyə ilə barışıq və sərhədlərin açılmasından keçir. Əks təqdirdə onun Avropaya “açılma” siyasəti iflasa uğrayar, hökuməti isə uzun zaman davam edə bilməz. Bu mənada indi Paşinyan üçün əsas prioritet Ankara ilə dil taparaq sərhədlərin açılması, Mirzoyanın da dediyi kimi, Gümrü-Qars dəmir yolu xəttini işə salmaqla Ermənistanın Aralıq dənizi və Bəsrə körfəzinə çıxışını təmin etməkdir. Başqa sözlə, Ermənistanın dünya ticarət yollarına çıxışını əldə etməkdir.
Bu mənada İrəvanın son dövrlərdə üzünü Ankaraya çevirməsi siyasi və geopolitik zərurətdən doğur. Məsələ ondadır ki, Zəngəzur dəhlizi mövzusunda Rusiya və İran arasında danışıqların olması barədə yayda ortaya çıxan xəbərlər İrəvan üçün xəbərdarlıq mahiyyətində idi. Çünki əgər Moskva və Tehran dəhliz mövzusunda dil taparlarsa – hansı ki, bu ehtimal çox yüksəkdir – o zaman Paşinyanın Qafqazda manevr imkanları qalmayacaq. Ermənistan baş naziri anlayır ki, 2008-ci ildə Gürcüstanın yaşadığı ssenarini yaşaya bilər. Çünki Qərb çox uzaqdadır və faktiki olaraq Paşinyana hər hansı alternativ təklif etmir. Gürcüstanda seçkilərin nəticəsi İvanaşvili hakimiyyətinin qələbəsi ilə bitəcəyi təqdirdə Paşinyan üçün manevr meydanı xeyli daralmış olacaq. Yeganə çıxış yolu Türkiyə ilə anlaşıb Avropaya və Fars körfəzinə çıxış əldə etmək, regional nəqliyyat dəhlizinin bir parçasına çevrilməkdir.
Cənubi Qafqazın taleyi tarix boyu hərbi-siyasi gücündən asılı olaraq 3 imperiyanın – Rusiya, Türkiyə və İranın – əlində olub. Bu gerçəklik bu gün də dəyişmir. Baxmayaraq ki, bunun dəyişməsi üçün cəhdlər tarix boyu mövcud olub və olmaqdadır. Bu mənada 3+3 formatının hələlik alternativi yoxdur, çünki Cənubi Qafqazda sabitlik yalnız 3 böyük imperiya arasında barışıq olduğu zaman mümkün olub. Hazırda görünən odur ki, böyük dövlətlər arasında barışıq və koordinasiya var, qalır Cənubi Qafqazın respublikaları arasında barışığı yaratmaq. //Musavat.com
Türkiyə Ermənistanın ümidinə çevrilir - TƏHLİL
20
oktyabr
00:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“3+3” formatı ilə bağlı MÜHÜM AÇIQLAMA
Zəngəzurda ABŞ və Qərb Rusiya ilə SAVAŞIR: Türk İttifaqı isə orbitr rolunda hər iki tərəfə şərtləri diqtə edir
Ərdoğan Bakı ilə İrəvan arasındakı sülhdən danışdı
Azərbaycan və Ermənistan RAZILAŞDI - Səylər artırılacaq / YENİ
Türkiyədən bu ərazilər, Naxçıvan və Gədəbəydən isə... - Ermənistan Konstitusiyasında nələr yazılıb?
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiya nüvə ssenarisini AÇIQLADI: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri QALACAQ!
- İrəvanda danışıb Bakıya gələn nazir HƏDƏF GÖSTƏRDİ – “Silah” İŞƏ DÜŞDÜ
- Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ
- Putinin qarşısıalınmaz RAKETİ: “ABŞ da dayandıra BİLMƏYƏCƏK”
- Üçüncü Dünya müharibəsi BAŞLADI? – “Barmağı pultun düyməsindədir, QƏRAR VERİLİR”
- Müharibə təhlükəsi PİK HƏDDƏ çatdı - Dörd NÜVƏ GÜCÜ qarşı-qarşıya...
- Bakının bu TƏLƏBİ İrəvanı qorxuya saldı - DETALLAR
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?