Dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısı olan Türkiyə əsas diqqətini pilotsuz və avtonom döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq.
Kainat.tv xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada ilk milli çoxməqsədli “T625 GÖKBEY” helikopterinin jandarm qüvvələrinə təhvil verilməsi mərasimində bildirib.
“Biz PUA bazarında dünyanın ən böyük istehsalçısıyıq. 2018-ci ildən bu günə qədər dünya üzrə bütün PUA satışlarının 65 %-i Türkiyə şirkətlərinin payına düşür. PUA istehsalı ilə yanaşı, biz yaxın gələcəkdə əsas diqqəti döyüş platformalarının – pilotsuz və avtonom dəniz nəqliyyat vasitələrindən tutmuş sualtı platformalara və təyyarədaşıyanlara qədər - işlənib hazırlanmasına yönəldəcəyik”, - Ərdoğan deyib.
O, Türkiyənin təhlükəsizliyi üçün hava hücumundan müdafiə sistemlərinin həyati əhəmiyyətini qeyd edib.
“Terrorçuların ölkə ərazisinə soxulmasından tutmuş düşmən elementlərin hücumlarına qədər bir çox asimmetrik təhdidləri aradan qaldırmaq üçün çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərini gücləndirməliyik. Əgər onların (İsraili nəzərdə tutur – red.) “Dəmir qübbə”si varsa, bizim də “Polad günbəz”imiz olacaq. Biz bunu yaradacağıq. Həmçinin uzunmənzilli raket potensialımızı da artıracağıq”, - Türkiyə lideri söyləyib.
Qeyd edək ki, Türkiyədə yaradılacaq çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi ölkənin hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur. //Publika.az
Ərdoğan ELAN ETDİ - Türkiyə elə bir platforma yaradır ki...
30
oktyabr
08:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir
Xəzərin suyu duzsuzlaşdırılır: Daha Azərbaycanda su qıtlığı olmayacaq?
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Dünyanın ilk alçaqdan uçan PUA-sı - Türkiyə daha bir ilkə İMZA ATDI
Beşiyində boğulan demokratiya və siyasi təqiblər - Qərbin real gündəliyi
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ