Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib. 2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Kainat.tv xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlama verib.
O bildirib ki, duzsuzlaşdırılmış dəniz sularından istifadə bu gün bir çox ölkələrdə tədbiq olunur:
“Ən yaxşı təcrübə isə İsraildədir. Bunun üçün artıq texnologiya inkişaf edib, yeni texnologiyalar tətbiq olunur. Xeyli vaxtdır ki, Azərbaycanda bu istiqamətdə müzakirələr gedir. Yeni strategiyaya uyğun olaraq qısa, orta və uzunmüddətli dövrdə hədəflər müəyyənləşib. Bu konteksdə duzsuzlaşdırılmış dəniz sularından içmədə və meliorasiyada istifadə etmək olacaq.
İstifadə olunan suyun həcminin bu yolla artırılması mümkündür. Bu, suya olan tələbin ödənməsində də xüsusi paya malik olacaq. Azərbaycanda içməli su ilə yanaşı suvarmada da suya tələb yüksəkdir. Ona görə də suvarmada tələbin ödənilməsi baxımdan bu praktikanın tətbiq edilməsi çox vacibdir”.
Sənədə əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır. Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi üçün ölkə üzrə 28,4 kubmetr/saniyə (894 milyon kubmetr/il) su tələb olunur. Lakin faktiki olaraq mərkəzləşdirilmiş formada xidmət göstərilən yaşayış məntəqələrinə mövcud içməli su mənbələrindən 21 kubmetr/saniyə (662 milyon kubmetr/il) su verilir. Bu sahədə mövcud su itkilərinin 37 faiz (7,77 kubmetr/saniyə) təşkil etməsi səbəbindən 13,23 kubmetr/saniyə su əhalinin istehlakına sərf olunur ki, bu da normativ tələblərdən 53,5 faiz (15,2 kubmetr/saniyə) azdır.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, bu layihə çərçivəsində Xəzər dənizinin bir neçə hissəsində, Sumqayıt və Şüvəlanda suyun duzsuzlaşdırılması planlaşdırılır:
“Bəzi tədqiqatlar da aparılır. Duzsuzlaşdırılma əsasən Abşeron yarımadasına aid olacaq. Yarımadada ölkə əhalisinin çox hissəsi yerləşməsinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Bütün ehtiyatlarımız kənardan gəlir. Lakin bu, o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyaca uyğun şəkildə ondan istifadə edəcəyik. Hazırda içdiyimiz suyu ağaclara da veririk. Bu, böyük faciədir. Dəniz suyunun duzsuzlaşdırılması ilə bununla bağlı gərginliyi aradan qaldıra bilərik”.
Şöbə müdiri diqqətə çatdırıb ki, suyun duzsuzlaşdırılması zamanı dənizdən bir miqdar su götürülür və emala verilir:
“Xəzərdə suyun səviyyəsi sürətli şəkildə düşməyə davam edir. Su nə qədər çirkli olarsa bir o qədər də tullantı olacaq. Xəzər dənizində neft tullantıları var və bu duzsuzlaşdırmaya təsir edir. Dəniz suyunu duzsuzlaşdırarkən su ən alt təbəqələrdən götürülür. Bu zaman xüsusi borularla dənizin dərinliklərindən su çəkilir. Başqa yerə aparılaraq suyun tərkibində olan duzlar, maddələr təmizlənir və yalnız içməli su qalır. Bəzən isə duzsuzlaşıdırılma elə dənizin içində aparılır. Bunun üçün böyük vəsait lazımdır. Əgər tullantılar yenidən Xəzərin sahilinə və ya özünə töküləcəksə, bu işin yalnız dənizə zərəri olacaq. Getdikcə bütün dünyada dəniz suyunun duzsuzlaşdırılması prosesi ucuzlaşır”.
Xəzərin suyu duzsuzlaşdırılır: Daha Azərbaycanda su qıtlığı olmayacaq?
25
oktyabr
14:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiya nüvə ssenarisini AÇIQLADI: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri QALACAQ!
- İrəvanda danışıb Bakıya gələn nazir HƏDƏF GÖSTƏRDİ – “Silah” İŞƏ DÜŞDÜ
- Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ
- Putinin qarşısıalınmaz RAKETİ: “ABŞ da dayandıra BİLMƏYƏCƏK”
- Üçüncü Dünya müharibəsi BAŞLADI? – “Barmağı pultun düyməsindədir, QƏRAR VERİLİR”
- Müharibə təhlükəsi PİK HƏDDƏ çatdı - Dörd NÜVƏ GÜCÜ qarşı-qarşıya...
- Bayden Üçüncü Dünya Müharibəsini BAŞLATDI: Nüvə savaşı isə tezliklə planeti “ALOV TOPU”na çevirəcək
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?