Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası prosesi sülh müqaviləsinə aparan düzgün yoldur.

Kainat.tv xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində Ermənistan Baş naziri Nikol Paşinyana müraciətində deyib.
“Bu gün Azərbaycan Prezidenti (İlham Əliyev) ilə fikir mübadiləsi apara bilməyiniz tədbirimiz üçün bir prestijdir”, - Putin bildirib. 

Rusiya lideri həmçinin Paşinyanın qeyd etdiyi logistik layihələrin əhəmiyyətini qeyd edib və Ermənistanın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu vurğulayıb. //Teleqraf.com