Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
 
Belə ki, hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobil qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeot" markalı avtomobil tamamilə yanıb.
 
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüblər. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
 
"Gəlirdik, yolda gördük ki, maşın alışıb. Əlimizdən gələn köməyi etdik. İlk olaraq uşaqlar təcili tibbi yardımı çağırdılar. Biz də üç nəfəri çıxartdıq, axırıncı yaşlı qadını çıxarandan sonra maşın partladı", - hadisə şahidi deyib.
 
Bildirilib ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.
 
Ətraflı Baku TV-nin süjetində: