Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Fransanın regionla bağlı pozuculuq fəaliyyəti düşünüldüyündən də ciddi məsələdir:
“Paris Bakının Qərbi Azərbaycana qayıdış konsepsiyasına qarşı məqsədyönlü addımlar atır. Xatırlayırsınızsa, bir qədər əvvəl Fransanın Ermənistandakı səfiri Qərbi Azərbaycanla bağlı təxribat məzmunlu paylaşım etmişdi. O, Ermənistan ərazisində Qərbi Azərbaycan anlayışının olmadığını göstərməyə çalışmışdı. Hesab edirəm, tarixi xəritələr bir daha Fransaya, şəxsən Makrona sübut kimi göstərilməlidir. Xüsusilə Paris sülh konfransında bu ərazilərin kimə məxsus olduğu təsdiqlənən xəritələr…
Fransa Azərbaycana qarşı açdığı cəbhəyə müəyyən məqamlarda İranı da cəlb etməyə çalışır. Lakin bütün bunlar rəsmi Bakının iradəsinə təsir edə bilməz”.

(1919-cu ildə Paris Sülh Konfransında qəbul edilən Azərbaycan xəritəsi)