Suriyanın Hələb vilayətində Bəşər Əsəd rejimi ilə “Heyət Təhrir əş-Şam”  silahlı qruplaşması (HTŞ) arasında toqquşmalar davam edir. 

Kainat.tv "Haberler.com"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan döyüşlərdə HTŞ-yə bağlı silahlı qruplar 32 kəndi ələ keçirib.

Belə ki, Əsəd rejiminin nəzarətində olan Akil Dağı, El Ragib Dağı, Kuptan Dağı, Debbabat Dağı, Ancara kəndi, Basartun, Hur, Elkasimiye, Acil, Bele, Sellum, Kefer Bissin, Şeyx Akil, Hırderkal, Acemi, Ürumsugra və Uveycil kəndləri Suriya qoşunlarından təmizlənib. Beləliklə, silahlı qruplaşmanın bu gün nəzarət altına aldığı bölgə 138 kvadrat kilometr əraziyə çatıb.

Qeyd olunub ki, baş verən toqquşmalarda silahlı qruplaşmanın 75 döyüşçüsü həyatını itirdib.

Həmçinin, bölgədən qaçan 10 min mülki şəxs İdlibin kəndlərinə sığınıb. Bundan əlavə Rusiya hava qüvvələrinin HTŞ bazalarına hücum etdiyi bildirilir.

Son məlumatlara görə, silahlı qruplar Hələb şəhər mərkəzinə 8 km yaxınlaşıb, döyüşlər hələ də davam edir. //Musavat.com