Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tender keçirib. Tenderin qalibi “Tunel-Metro İnşaat” MMC seçilib. Şirkət 14.6 milyon manata 93 ev tikib təhvil verməlidir. 14.6 milyon manatı 93-ə böldükdə 156 min 989 manat edir. Yəni, bir mənzil az qala 157 min manata başa gəlir. Bununla bağlı ictimaiyyətdə narazılıq yaranıb. Bildirilir ki, bu qiymətə Qarabağda indiyə qədər tikilən fərdi evlərdən azı 3-nü tikmək olar, özü də yüksək keyfiyyətlə.
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, həmin fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq məlumatlar olsa, daha yaxşı olardı.
Onun sözlərinə görə, fərdi yaşayış evinin tikintisi məlumatlandırma icraatı qaydasında Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir:
Ramil Osmanlı
“Evlər neçə mərtəbəlidir, kvadratı, kürsünün hündürlüyü nə qədərdir və s. haqda məlumatlar olsa, yaxşı olardı. Artıq iki gündür məsələ müzakirəyə çıxarılıb, ayrı-ayrı ekspertlər, iqtisaqdçılar, jurnalistlər bununla bağlı ortaya yanaşmalar qoyur. Hesab edirəm ki, proseslə bağlı nəzarət gücləndirilməlidir. Çünki bir fərdi yaşayış evinin (xüsusilə də əgər bir mərtəbəli olacaqsa) tikintisinə bu qədər vəsaitin ayrılması çoxdur. Lakin bütün hallarda ev tikilib başa çatdıqdan sonra dəqiq demək olar ki, rəqəmlər nə dərəcə üst-üstə düşür”.
İqtisadçı Natiq Cəfərli deyib ki, bu sualı cavablandırmaq bir qədər çətindir:
“Populizm xatirinə demək olar ki, çox bahadır, bundan ucuz etmək olar və s. Amma əlimizdə faktlar yoxdur. Səhv onda oldu ki, həmin bölgələrdə tikinti materialları istehsalı müəssisələri yaratmadan, böyük tikinti işlərinə start verildi. Bütün tikinti materialları isə Bakıdan, Qubadan, Qusardan və digər bölgələrdən daşınır. Təsəvvür edin ki, bu rayonlardan Xankəndiyə, Laçına, Kəlbəcərə daşınan tikinti materialları neçəyə başa gəlir. Burada yanlışlıq qiymətlərin hesablanmasının şişirdilməsi deyil. Onsuz da belə şeylər Azərbaycanda hər zaman olub. Əsas məsələ strateji planlama səhvidir”.
Natiq Cəfərli
İqtisadçının fikrincə, həmin ərazilərdə tikinti materialları müəssisələri yaradılsa idi, insanların iş yerləri ilə təminatına da xidmət etmiş olardı:
“O ərazilərdə tikinti materialları müəssisəsi olardısa, bəli, həmin bölgələrdə tikinti işlərinin maya dəyəri də xeyli dərəcədə ucuzlaşa bilərdi”.
Globalinfo.az xatırladır ki, işğaldan azad edilən ərazilərdə aparılan tikinti quruculuq işlərində yol verilən neqativ hallarla bağlı son vaxtlar məlumatlar intensiv hal alır. Əsasən də fərdi yaşayış evlərinin tikintisi istiqamətində müzakirələr gedir. Mümkündür ki, dövlət bu məsələlərə həssaslığı artırsın. Yeyinti və korrupsiya faktları aşkarlanarsa, həbslərin olacağı istisna deyil.
Cəbrayıl haqda yayılan bu məlumat narahatlıq doğurdu – HƏBSLƏR OLACAQ?
18
oktyabr
23:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
- Tanınmış meyxanaçı VƏFAT ETDİ
- Bakının şərtləri DƏYİŞİR: Yüz il əvvəlin sənədi masaya qoyuldu - VACİB GƏLİŞMƏ
- Beyləqanda su kanalı zibil və məişət tullantıları ilə doldurulub - VİDEO
- Arazdəyəndən hücum ola BİLƏRMİ? - Şübhəli səfərin sifrələri ÇÖZÜLÜR
- Bəşər Əsədin və müxaliflərin taleyini bu şəhər uğrunda döyüş həll edəcək - TƏHLİL
- Ukrayna üçün KRİTİK GÜN - “nə sülh, nə də müharibə” dövrü BAŞLAYA BİLƏR
- Bakıda dəhşətli QƏZA: nazir müavinini maşın vurub öldürdü (FOTO)
- Hamamda meyiti tapılan 23 yaşlı Mehriban məşhur restoranlar şəbəkəsinin İŞÇİSİ İMİŞ
- Atəşkəs POZULDU: Netanyahu Hizbullaha sərt cavab VƏD EDİR
- Prezidentin YÜKSƏK VƏZİFƏYƏ təyin etdiyi Elbrus İsayev KİMDİR... - DOSYE
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Ermənistan sərhədə QOŞUN YIĞIR: yeni savaş hazırlığı – İlk HƏDƏF BUDUR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri ÇƏTİNƏ SALDI - Baş həkim nələri AÇIQLADI?
- Füzulidə həkim SƏHLƏNKARLIĞI: 9 yaşlı uşaq əməliyyatın QURBANI OLDU
- Qərbin Fransa agenti ilə Tiflisə HECUM PLANI: Ermənistan kəşfiyyatı da FƏAL DƏSTƏK VERİR
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Beyləqanın təbii sərvəti olan sahibsiz "Göbələk" adlanan suyun ərazi və bataqlığa çevrilən ətraf mühüti - VİDEO/FOTO
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Çin və Rusiya dünyaya MEYDAN OXUDU: Döyüş təyyarələri HAVALANDI
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ