Bakı şəhərinin Nərimanov rayonunda "Bağırov körpüsü"nü su basıb.

Kainat.tv xəbər verir ki, Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib.

"Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, "Bağırov korpüsü"nün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb", - məlumatda diqqətə çatdırılıb.

Mətbuat xidmətindən əraziyə icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərlərinin gələrək əraziyə baxış keçirdiyi, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldığı açıqlanıb.

"Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır", - BŞİH-in Mətbuat Xidməti qeyd edib. //Oxu.Az