Alman kəşfiyyat xidmətləri İsrailin Berlindəki səfirliyinə hücumun qarşısını alıb.
Kainat.tv xəbər verir ki, bu barədə "BİLD" nəşri məlumat yayıb.
Bildirilib ki, Almaniya Federal Kriminal Polis İdarəsinə istinadən yayılan məlumatda qeyd olunur ki, polis əməkdaşları xarici kəşfiyyat xidmətlərinin xəbərinə əsasən İŞİD-lə əlaqədə şübhəli bilinən Liviya əsilli şəxsi həbs ediblər.
Hücumun necə planlaşdırıldığı hələlik bilinmir. Saxlanılan şəxsin mənzilinə və avtomobilinə baxış zamanı telefon və digər elektron cihazlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır. //Musavat.com