Bakıda ağır qəza baş verib.

Kainat.tv xəbər verir ki, Bakıda, Heydər Əliyev prospektində Orxan Məmmədov Ələkbər oğluna məxsus 90 OY 015 dövlət nömrə nişanlı Porsche markalı avtomobillə ağır qəza törədilib. O öz avtomobili ilə motosikletçini vurub. 

Hadisə yerindən əldə edilən fotolardan göründüyü kimi motosiklet sürücüsü ağır yaralıdır. Qeyd edək ki, Orxan Məmmədov məşhur iş adamı və vəzifə sahibidir. 


Faktla bağlı araşdırma aparılır.


"Ajans.az"