Paytaxt.org-a verilən xəbər görə, məlum ərazidəki 50-yə yaxın yaş ağac kəsilərək doğranıb və kəsiminə hazırlıq görülən digər 30-a yaxın ağaclar isə rənglə işarələnib.
Mələumatda hadisə ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə tədbir görülməsi üçün göndərildiyi bildirilsə də hadisənin görməzdən gəlindiyi deyilir.
Əldə ettiyimiz digər məlumata isə, Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazisində kəsilib daşınan ağaclar mebel sexlərinə verildiyi deyilir. Çox sayda ağacları kəsərək mebel sexlərinə qurban verilməsi hadisəsinə 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsi görməzdən gəlir və bu da rəis Qafar Ağayevin yarıtmaz idarəciliyinin tövhəsi olduğuna sübutdur.
Mövzu diqqətimizdədir.
Günay Cəfərli
Paytaxt.org









