Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir. Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.
Burada baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumata görə, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində “dollar Cavid” kimi tanınan, əslən Şamaxıdan olan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Cavid adlı şəxs bir müddət gəlirli işlərdən uzaq saxlanılıb və bu dövrdə Ramin Abdullayevə qarşı qara piar kampaniyası təşkil edib. Mətbuatdakı emissarları vasitəsi ilə, Arxitektura və Şəhərsalma Komitəsi və Ərazi Tikinti Planlaşdırma Mərkəzi haqqında tənqidi materiallar təşkil edən “Şamaxılı Cavid”in AAF parkdakı qalmaqallı tikinti və bir çox bu kimi faktları mətbuata ötürdüyü bildirilir. Bu prosesdən sonra özünün idarədəki mövqelərini möhkəmlədən Cavid müəllim qısa müddətdə səs-küylü layihələrə imza atıb.
Bununla bağlı mənbənin Paytaxt.org-a bildirdiyinə görə Sumqayıt bulvarında, Biləcəri qəsəbəsində və bu günlərdə Əcəmi metrostansiyası yaxınlığındakı ağac kəsilməsi ilə müşayət olunan qanunsuz tikililərin xeyir-duasını məhz Cavidə verib.
Əmlak komitəsində yüksək vəzifə sahibləri ilə əlaqələr quran bu bacarıqlı məmur iş adamlarının qanunsuz tikililərinə qanun donu geyindirməklə milyonlar qazana bilir. Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir. Onun 621 avtomobil seriyasına isə marağı ayrıca bir mövzudur.
Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin kabusu olan “Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı. Və, Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi, özünü Mərkəzin rəhbəri Ramin Abdullayevin “sağ əli” kimi təqdim edən “Şamaxlı Cavid” qanunsuz əməllərin davam etdirdi.
Məlumata görə, bu dəfə “dollar Cavid” Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində obyekt tikintisi zamanı kəsilən ağacların izini itirmək üçün maraqlı üsula əl atıb. Tikinti və yenidənqurma işləri üçün kafe sahibinə qanunsuz icazə verən, ağac kəsiminə şərait yaradan “Dollar Cavid” özünü və digərlərini məsuliyyətdən, “yersiz” söz-söhbətdən qorumaq üçün kəsilən ağacların yerini betonladıb. Kafe ərazininin böyük hissəsi qalınlığı 5 santimetr olan betonla örtülüb. Kəsilən ağaclarla bağlı heç bir iz, heç bir nişan qalmayıb.
Bir daha Paytaxt.org bildirir ki, vaxtiylə yüngül konstruksiyadan inşa edilən “Şəki” kafesinin yerində hazırda ağır dəmir-beton konstruksiyalı çoxmərtəbəli obyekt tikilir ki, bu da metronun “Əcəmi” keçidinin üzərində yerləşir. Yəni tikilməkdə olan bu obyekt metro keçidi üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Ancaq təəssüflər olsun ki, hər kəsin gözü qabağında həyata keçirilən bu tikilinin qarşısını alan yoxdur. Bu qanunsuz tikiliyə rəvac verən, məlum tikilini himayə edən əsas şəxs isə Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşı – “dollar Cavid” və ya “Şamaxılı Cavid” kimi tanınan harınlamış məmurdur. Cavan yaşında milyonlarla manat məbləğində var-dövlətə, villa və maşın kolleksiyasına malik olan bu şəxs, qanunları kobud şəkildə pozaraq Cavadxan küçəsindəki bu tikilini açıq-aşkar himayə edir. Şəxsi əlaqələrindən və tutduğu vəzifədən istifadə edən “dollar Cavid” metro keçidi üzərindəki tikintinin maksimum sürətlə başa çatdırılmasına çalışır, tikili ilə bağlı araşdırma aparmağa cəhd edən əlaqədar dövlət qurumlarına əngəllər yaradır.
Xatırladaq ki, “Şamaxalı Cavid” paytaxtın müxtəlif nöqtələrində dəyəri milyonlarla manat olan obyektlərin qanunsuz tikintisinə himayədarlıq etməkdə, qanunlara meydan oxumaqdadır. O, öz qanunsuz əməllərini bir çox hallarda Ramin Abdullayevin göstərişi kimi qələmə verir, bəzi hallarda isə Arxitektura və Şəhərsalma Komitəsinin sər müavini Namiq Hümmətovun adından sui-istifadə edir.
“Əcəmi” metrosunun üzərində inşa edilən obyekti isə “Şamaxılı Cavid” xüsusi ciddi-cəhdlə himayə etməkdədir. Görünən odur ki, bu obyektin inşasından ona daha böyük pay düşür. Belə olmasaydı, “dollar Cavid” özünü bu məsələdə bütün hücumlar önündə qalxana çevirməzdi.
Maraqlıdır ki, metro keçidi üzərində həyata keçirilən qanunsuz tikili Arxitektura və Şəhərsalma Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini də narahat etmir. Belə olmasaydı, o zaman sözügedən qurum insnaların həyatı üçün təhlükə yaradan obyektin tikintisinə imkan verməzdi.
Məlumat üçün qeyd edək ki, hazırda keçmiş “Şəki” kafesinin ərazisində betonlama işləri tam sürətlə davam edir. Ümid edirik ki, ETSN, DTX, DİN və Baş prokurorluq bu qanunsuz tikili və ona rəvac verən bütün şəxslər, eləcə də “Şamaxılı Cavid” haqqında çox ciddi ölçü götürəcək, metro keçidi üzərindəki “Sirat körpüsü”nün inşası dayandırılacaq...!
Növbəti sayımızda:
- “Şamaxılı Cavid” Ramin Abdullayevə qarşı kampaniyada necə yer alıb?
- “Şəki” kafesi ərazisindəki tikinti hansı qiymətə “qanuniləşdirilib”?
- Badamdar və Abşerondakı tikintilərdən “Şamaxılı Cavid” nə qədər qazanıb?
Xatırladaq ki, hazırda “Şəki” kafesində təmir-tikinti işləri sürətlə davam etdirilir. Ərazi hündürlüyü 10-12 metr olan dəmir konstruksiya ilə hasarlanıb. Məqsəd tikinti işlərini kənar göz və müşahidələrdən qorumaqdır.
Qeyd edək ki, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev bürokrat tikinti tüccarı Cavidlə yüksək məbləğə anlaşması hadisənin bu günə qədər uzanmasına səbəb yaradıb. Çox sayda yaş ağacların kəsilməsinə rəvac verən vəzifəsindən sui-istifadə edən Q.Ağayev açıq şəkildə "yaşıl soyqrım" həyata keçirilməsini izləyib. Və, hadisəni mediadan gizlətməyə çalışan ETSN-nın vəzifəlisi özü yaratdığı hadisəni qapatma üçün əndirəbadi açıqlama vrərək, bəzi jurnalistlərlə "separat" danışıqlara girdiyi də sosial mediada yayıldı.
“Şamaxlını Cavid”in bu obyekti niyə və necə himayə etməsi, obyektdəki qanunsuz tikintiyə himayədarlq edən digər yetkililər və ETSN-nın vəzifəlisi Q. Ağayev haqqında daha ətraflı şok məlumat verəcəyik .Bizi izləyin!
Aytən
Paytaxt.org
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin "Şamaxılı Cavid" kabusu -Kəsilən onlarla ağaclardan sonra “yaşıl qətliam”dan geridə qalanlar/İLGİNC FAKTLAR
30
aprel
15:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ