ABŞ-Rusiya danışıqlarından sonra Tramp Zelenski ilə bağlı Putinin tezisini gündəmə gətirdi. Bildirdi ki, “Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlarda yer almaq istəyirsə, seçki keçirilməlidir, Zelenskinin ölkədə reytinqi isə cəmi 4 faizdir”.
Ukraynada ötən ilin martında keçirilməli olan prezident seçkiləri müharibə şəraitinə görə qeyri-müəyyən müddətə təxirə salındı. Bundan sonra Putin “Zelenski ilə danışa biləcəyini, lakin onun legitimliyinin sual altında olduğu” tezisini irəli sürdü. Trampın son açıqlaması da Putinin legitimlik tezisinin təkrarıdır. Və bununla Zelenskiyə “şərtləri qəbul etməsə, hakimiyyəti dəyişə bilərik” mesajını verir.
Vaşinqtonun Kiyevdən birinci tələbi Rusiya ilə atəşkəs şərtlərini ABŞ-ın müəyyən etdiyi şərtlər çərçivəsində qəbul etməsidir. İkinci tələbi isə müəyyən qədər arxa planda qalsa da, Ukraynanın gələcəyi baxımından atəşkəs razılaşması qədər strateji əhəmiyyət daşıyır. Bu, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə dair təklif etdiyi sazişdir. Zelenskinin Münhendə bu sazişə imza atmaması Vaşinqtonda narazılıq yaradıb.
Fevralın 14-də vitse-prezident Vensin Münhendə Zelenski ilə planlaşdırılan görüşünün təxminən 7 saat təxirə düşməsinin səbəbi də bu saziş olub. Ukrayna mediasının bu haqda yazdıqları xüsusilə diqqət çəkir.
Sazişi Ukraynaya göndərən amerikalıların “Münhendə imzalamaq istəyirik” sözləri Kiyevdə “mümkün qədər tez imzalanmaq” kimi anlaşılıb, lakin düşünməyiblər ki, üzərində işlənməmiş sənədin təcili imzalanması tələbi ilə üzləşəcəklər. Münhendə Ukraynanın qarşısına şərt qoyulub: Venslə görüşmək və sülh danışıqlarının konturlarını müzakirə etmək istəyirsinizsə, sazişi imzalayın. Buna görə Vens-Zelenski görüşü axşama qədər təxirə salınıb və Ukraynaya razılaşması üçün 7 saat müddət verilib. Ukrayna kompromisin tapılması məqsədilə sazişin yenidən işlənmiş variantını amerikalılara versə də, ikincilər bütün düzəlişləri ləğv edərək, “ya verdiyimizə imza atın, ya da heç nə” şərtini irəli sürüblər.
Zelenski bundan imtina edib, daha sonra Venslə görüş baş tutub və tərəflər layihəni razılaşdırmaq üzərində razılıq əldə ediblər.
Sazişin detalları ilə bağlı yayılan məlumatlar ABŞ-ın Ukrayna üçün xoşagəlməz “sürpriz” hazırladığı fikrini yaradır.
- Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlər 50/50 prinsipi əsasında bölüşdürülür;
- Sazişdə ABŞ-ın qiymətli metallarla yanaşı, Ukraynanın neft-qaz hasilatına da şərik olmaq istədiyi əksini tapır;
- Əvəzində ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verməsi qeydə alınmır: Vaşinqton “Amerika investisiyasının Ukraynada olması ən böyük təhlükəsizlik zəmanətidir” tezisindən çıxış edir;
Burada Trampın dilə gətirdiyi iki təhlükəli məqam da var.
1. Ukrayna sərvətlərindən 500 milyard dollar gəlirin əldə edilməsinə dair iddia;
2. ABŞ-ın Ukraynaya verdiyi yardımların geri qaytarılması: ABŞ prezidenti son açıqlamasında “350 milyard dolların hara xərcləndiyi” məsələsini gündəmə gətirib;
Bu iddia/tələb Ukrayna təbii sərvətlərinin tamamilə ABŞ-ın nəzarətinə keçməsi təhlükəsini yaradır: Vaşinqton təbii sərvətlərdən əldə olunan gəlirin təklif olunan sazişdə qeyd olunduğu kimi, Ukraynaya çatmalı olan 50 faizini verilən yardımların kompensasiyası olaraq ala, o cümlədən, “500 milyard dollar gəlir” naminə bütün sərvətlərin istismarına çalışa bilər;
Trampın Zelenskinin legitimliyini şübhə altına almaq cəhdinin arxasında əsas hədəflərdən biri də budur. Və bu, Ukrayna üçün “Rusiya ərazisini, ABŞ sərvətlərini ələ keçirmək istəyir” riskini artırır.
Asif Nərimanlı
Ukrayna üçün TƏHLÜKƏLİ SSENARİ - Tramp sərvətini, Putin ərazisini istəyir – TƏHLİL
19
fevral
16:31
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ukrayna üçün KRİTİK GÜN - “nə sülh, nə də müharibə” dövrü BAŞLAYA BİLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Tramp Zelenskiyə niyə ULTİMATUM VERDİ: Qərb Ukraynanın “DÜŞMƏN”inə, Rusiyanın isə “DOST”una çevrilir
Kreml Ukrayna savaşının "QARA QUTU"sunu ABŞ-a GÖNDƏRİB: Putinin Trampa çatdırılan "MƏXFİ ÇANTA"sının SİRRİ AÇILIR
“TRAMP PUTİNİN SIRIMAQ İSTƏDİYİ ŞƏRTLƏRİ QƏBUL ETMƏYƏCƏK” – “Ukraynaya bir neçə yüz milyard dollarlıq SİLAH VERMƏYƏ MƏCBUR OLACAQLAR”
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ