Beyləqan rayonunun təbii sərvəti olan "Göbələk" adlanan suyun ərazisi və baxımsız ekologiyası ilə bağlı rayonda narazılıq var.

Kainat.tv bildirir ki, bu barədə "TikTok" istifadəçisi Vasif Fətiyev öz profilində paylaşım edib.


V.Fətiyevin sosial şəbəkə hesabı yayımında, rayonun təbii sərvəti olan "Göbələk" adlanan suyun ərazinin ətrafına zibil tullantıları atılaraq, sahəsi bataqlığa çevrildiyi iddia edilib. Sosial şəbəkə istifadəçisi icra hakimiyyətinə bu problemin diqqətə alınmasını da müraciət edib. Amma, müraciətə baxmayaraq icra hakimiyyəti və bu işə məsul orqanlar hələ də problemi görməzdən gəlməkdədirlər.

Ətraflı videoda:



Qeyd: Beyləqanın yeni icra başçısı Əziz Əzizov tədbirlərdə, məclislərdə və mərasimlərdə mütamadi iştrak edərək şəkillər çəkdirdiyi üçün, rayonun önəmli təbii sərvətinə, eləcə də ekoloji təmizliyinə vaxtı qalmır və ya görməzdən gəlir?